Biz imzaları yox, əsərləri dərc edirik...

“Nağıl saatı” keçirilib
496
14 İyul 2017, 13:25

 
 

  İyulun 13-də Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası kiçikyaşlı oxucular üçün "Nağıl saatı” keçirib.Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xətai rayon 271 nömrəli uşaq bağçasının müəllim və uşaqları iştirak ediblər.   Əvvəlcə uşaqlar kitabxanada hazırlanmış stend, rəsm əsərləri və oxucuların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra onlar "nağıl otağı”na baş çəkiblər. Orada uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyeva "Tülkü, tülkü, tünbəki”, "Əlcək” və "Bulud” nağıllarını söyləyib.
 "Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.