Biz imzaları yox, əsərləri dərc edirik...

Məmməd Arazın 85 illik yubileyi münasibətilə poeziya günü keçirilib
274
15 Oktyabr 2018, 11:43
 Oktyabrın 13-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə poeziya günü keçirilmişdir.
 
 
 
 Poeziya gününün aparıcısı, Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq Məmməd Arazın Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən, yaradıcılığının xüsusiyyətlərindən danışıb. Sonra rayonun Köhnəbazar kənd orta məktəbinin müəllimi, şairə Yadigar Təvəkkül çıxış edərək Məmməd Arazın həyat və yaradıcılığının mühüm məqamlarını tədbir iştirakçılarına çatdırmışdır.
 
 
 
 Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin şagirdləri şairin əsərlərindən seçmələr səsləndirmişlər. Kürdəmir rayon Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşı və bədii qiraətçi Ərəstun Sadıqovun şairin lirik şeirlərindən səsləndirdiyi parçalar alqışlarla qarşılandı. Tədbirin gedişatında monitorda unudulmaz şairin həyatının mühüm məqamlarını əks etdirən video lentlərin nümayiş etdirilməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda  şairin seçmə əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılmışlar.