Biz imzaları yox, əsərləri dərc edirik...

Xalq artisti Mənsum İbrahimov izləyicilərin görüşünə gələcək
430
08 Aprel 2020, 10:42
 Aprelin 9-da Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Mənsum İbrahimov evindən virtual olaraq izləyicilərin görüşünə gələcək.
 AZƏRTAC xəbər verir ki, xanəndə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində tamaşaçılara xanəndəlik sənətinin sirlərindən, muğamlarımızdan söhbət açacaq.

 Muğamlarımız, xalq mahnı və təsniflərimiz, yüksək ifaçılıq mədəniyyətinin hakim kəsiləcəyi görüşü saat 17:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi və Xalq artisti Mənsum İbrahimovun - @mansumibrahimovofficial "Instagram” hesablarından canlı izləyə bilərsiniz.