Biz imzaları yox, əsərləri dərc edirik...

X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək
214
13 Sentyabr 2018, 12:53
  Sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
 
 

  AZƏRTAC xəbər verir ki, açılış mərasimində Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək. Həmçinin görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək (solist Xalq artisti Murad Adıgözəlzadə).
  Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, www.iticket.az saytından onlayn və "ASAN xidmət” mərkəzlərindən, "Gənclik” və "28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 26-dək davam edəcək festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.