Biz imzaları yox, əsərləri dərc edirik...

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat
982
16 Avqust 2019, 09:14
 Sentyabrın 27-də Bakıda altıncı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
 
 

 AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq Sərgi-Yarmarkada iştirakçılar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.