artkaspi.az Vasile Romançukun şeirlərini təqdim edir:

17
dekabr 1947-ci ildə Bessarabiyanın Yedineçko rayonu, Bedraci Noy kəndində
doğulub. Moldova Dövlət Universitetini bitirib (ixtisas - jurnalistika). "Prut”
nəşriyyatının baş redaktorudur. Şeir kitabları: Genealogie (1974), Citirea proverbelor (1979), Din tat-n fiu (1984), Ce am
pe suflet (1988), Note de provincial
(1991), Un timp fara nume (1996), İndoiala de sine (1997), E taomna, cad maştile (2001), Marele pustiu invizibil (2001), Recititrea proverbelor (2007), Olimpul de plastic (2007), Purtatrul de cuvant al tacerii (2011), Lasa un semn (2012), Cuvantul ne adauga vedere. Sonete (2012), Lumina glasului launtric (2016) və sair.
Uşaqlar üçün bir sıra kitabların müəllifidir.
Moldova
Yazıçılar mükafatlarını alıb (1996, 2010). Moldova Respublikasının Dövlət
mükafatı (2000). Poetik yaradıcılığına görə "Nichita Stanescu” adına böyük mükafat (Ploeşt, 2001). Uşaq və
gənclər üçün kitablar üzrə Beynəlxalq Şuranın fəxri diplomu (Bazel, İsveçrə,
2002). Bir sıra şeirləri fransız, ingilis, rus və digər dillərə çevrilib.
GÜZGÜ
Valideynlərim Olqa və Alekseyin xatirəsinə
Dərddən,
qəmdən, xatirələrin gətirdiyi seldən
gözlərim
(sizi axtaran gözlərim)
Göy
üzünə kök atdılar.
Əzizlərim,
sizi
Daha
haralarda axtarım?
Səma
yeganə güzgüdür ki,
Haçansa
ona baxan bütün üzləri hifz edir.
HƏRFLƏR SAKİTCƏ TÖKÜLÜR AŞAĞI
Mən
sükut sözünü təmsil edirəm.
İşıqlı
isti
yağışlar yağır,
hərflər
sakitcə tökülür aşağı
Səma
əlifbasından –
Onlardan
söz düzəldə bilsəydim,
Şeirlərin
ilahi eşq haqda
Sevincini
duya bilərdim əlbət.
Uzun
zamandı eşq haqda bir şeir təəccübləndirir məni,
Qeyri-adi
bir şeir,
Haradaki
hislər
Neologizm
sözlüyünə
Arxaizmlər
sözlüyünə baxmadan
Oxuna
və anlaşıla bilər.
Hislər
Özcə
işıqları sayəsində
Görünə
bilirlər şəkil kimi.
Eşidilməzdən
qabaq
Sükutu
doğan
Hislər...
Mən
sükut sözünü təmsil edirəm.
MÜMKÜN VARİANT
Söz
olmaq istərdim
(Mən
sözəm, - Nikita Stenesku yazırdı),
Söz
–
Günbəgün,
hər an, hər saat axtarsın məni şair və
Tapmadan
Şeirini
tamamlaya bilməsin.
Elə
bir söz ki,
Başqa
heç bir sözlə qafiyələnməsin,
Bayağı
beytin qandalları qoluna keçməsin
(ah,
şeirin dabanı alta olmaq
Necə
həqarətdir –
Sözün
Axilles dabanı altında əzilmək!)
Söz
olmaq istərdim,
Təkcə
və tənha,
Tərkidünya
söz
***
Söz
olmaq istərdim
Yaşam
uğrunda çarpışmalardan kənar
(Qriqore
Vieru demişkən)
Sözlərin
məftunedici bərabərliyi də olmamış deyil:
Gözləri
var – görür,
Hüşyardır
– anlayır;
Məsələn,
"yoxsul, dilənçi” sözü,
"bankir”
sözündən heç də kasıb deyil,
"filosof”
sözü "cahil” sözündən müdrik deyil heç də,
"Serjant”
sözü
"general”
sözünün əmrlərinə tabe deyil
"qara”
sözü
”ağ”ın
qulu deyil ki
Və
sair və ilaxır
Sözlər
Öz
mənalarını anlamadan da xoşbəxtdirlər,
Yaşayırlar...

YEDDİYƏ VURMA CƏDVƏLİ
Heç
kəs,
Daha
heç kəs əjdaha olmaq istəmir,
Heç
kəs.
Hələ
bir yeddibaşlı əjdaha.
Bu
heç də əlini cibinə salıb
Bir
hovura yeddi şlyapa almaq kimi zarafat deyil.
Yaxud
yeddi cüt eynək.
Hələ
bir papiros çəkənsənsə, bəs onda neyləməli?
Və
bundan əlavə qədəhə qarşı da etinasız deyilsənsə?
Doğrudan
da,
Eyni
anda yeddi dildə
Kiminsə
qarasına danışmaqdan daha dəhşətlidir,
Belə
boş şeylərə görə
əjdaha
olmağa dəyərmi heç?
Bir
düşün, dediyin bu yeddi baş
Mübahisəyə
girir, hansımız ağıllıyıq deyə! –
Aman
Allah, nə pis boğuşurlar,
Necə
dişləyirlər!
Gəlin
adam olaq, -
Pedaqoji
şövqə tutulan əjdaha qışqırır,
Sonra
yeddi dəfə başına döyür
(başlarına
döyür),
Tam
əminliklə ki,
Yeni
insana
Çevrilir
Yeni,
yepyeni insana
Yeni,
lap yeni insana.
ELEGİYA
Sevgi
sözlərimizin üstünü
Toz
basır.
İndi
barmaqla onların üstüylə gedib yaza bilərsən:
"Səni
sevirəm!”
Canyandıran
hörümçək
Onlara
ipək paltar biçir
Sanki
Arxaizmlər
sözlüyünü cildini
Hörür.
GÖZ
Dolaşır
bu şəhəri bir qəmli, bir nəmli göz,
Kədərli
insanlar keçir yanından,
Özlərini
elə aparırlar ki, sanki onu görmürlər.
Heç
kim, heç kim ondan soruşmur:
Göz,
mənimki olmaq istərdinmi?
Heç
kəs, heç kəs ona demir:
Göz,
indiyəcən hardaydın!
Korlar
artıq görmək istəməzlər (geri qayıtmaq, yəni)
Görənlər
gördüklərindən artıq görmək istəməzlər (indi).
Adamlar
gözdən çəkinirlər (qorxurlar)
O
göz ki ağlamağın nə olduğunu unutmayıb
Onların
baxış bucağını dəyişə bilərdi
Özünün
korluğuna qarşılıq.
Şəhərdə
gəzib-dolaşır, qəmli, nəmli göz.
İŞARƏ VER
Ötüb
keçən günün üzünə bir şey yaz,
Çıxıb
gedən günün üzünə bir vacib işarə qoy
(fərqləndirici
bir şey).
Yalnız
sənə bəlli olan bir işarə.
Beləliklə,
zaman
Səni
aldada bilməyəcək (axmaq yerində oynatmayacaq)
Sən,
şübhəsiz ki, dərhal anlayacaqsan,
əgər
keçib gedən gün
yeni
gündürsə
yaxud
dünənkinin eynidir,
yəni
o gün ki, bizə bəlli olmayan yollarla
qarşına
çıxır yenidən
ancaq
başqa libasda...
Tərcümə edən: Cavanşir Yusifli
Mənbə: "Dünya ədəbiyyatı" jurnalı