Biz imzaları yox, əsərləri dərc edirik...

Varisin yeni romanı çap olundu
416
26 Fevral 2020, 13:41
  Yazıçı Varis Yolçuyevin yeni romanı "Qırmızı ləçəklər” nəşr edilib.
  Kulis.az xəbər verir ki, roman azərbaycanlı Əlif Hacıyevlə belarus Qalina Mankonun Xocalı soyqırımı nəticəsində yarımçıq qalmış gerçək bir sevgi hekayətidir.
  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” kampaniyası çərçivəsində işıq üzü görən roman hazırda xarici dillərə tərcümə olunur, bir neçə ölkədə nəşr ediləcək.

 

  Qeyd edək ki, kitabın təqdimat mərasimi bu gün Bakı Konqres Mərkəzində baş tutacaq.