Biz imzaları yox, əsərləri dərc edirik...

Vaqif Mustafazadənin xatirəsi anılacaq
534
14 Mart 2018, 17:38
 Martın 15-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.
 
 

 Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin çıxışı nəzərdə tutulur.
 Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
 Qeyd edək ki, Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi kimi tanınır. O, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) müəllifidir. O, ilk dəfə Azərbaycan musiqisinin, muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaradıb.