Biz imzaları yox, əsərləri dərc edirik...

Uşaqlar üçün “mütaliə saat”ı
1232
15 Avqust 2019, 09:09
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 nömrəli filialla birgə yay mövsümü ilə əlaqədar olaraq azyaşlı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə "mütaliə saat”ı keçirib.
 
 

 Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxana əməkdaşları mütaliənin insan həyatındakı rolundan söhbət açıblar. Qeyd ediblər ki, mütaliə mədəniyyətinin, dünyagörüşünün formalaşması, nitq mədəniyyətinin zənginləşməsi, kitaba olan marağın artması üçün uşaqlara daim qiraətlə məşğul olmaq vacibdir. İsti yay günlərində "mütaliə saat”larının təşkili uşaqlar üçün çox yaxşıdır. Belə ki, uşaqlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb kitaba maraq göstərir və onlarda gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaranır.
 "Mütaliə saatı”nın keçirilməsində əsas məqsəd uşaqları kiçik yaşlarından kitabxanaya cəlb etmək, kitabı sevdirmək, kitabxananın əhəmiyyətini anlatmaq kimi mühüm bacarıqlar aşılamaqdır.