Biz imzaları yox, əsərləri dərc edirik...

“Uşaq kitab karvanı” İsmayıllıda
288
23 Oktyabr 2018, 17:30
  "Uşaq kitab karvanı” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllı rayonunda təşkil edilib. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşıb.
 
 
 


  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, uşaq kitab karvanının tərkibində uşaq yazıçılarından Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanova iştirak edib.
  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.
  Tədbirdə uşaqlar arasında müxtəlif viktorinalar keçirilib, qaliblər kitab və jurnallarla mükafatlandırılıb.
İsmayıllı Uşaq kitabxanasına kitab karvanı ilə gətirilən nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq ədəbiyyatı, 14 adda metodik vəsait, "Göy Qurşağı” və "Qaranquş” uşaq jurnalları hədiyyə edilib.
  Qeyd edək ki, ümumilikdə layihə çərçivəsində 26 rayon uşaq kitabxanasına 23 minə yaxın kitab hədiyyə olunub.