Biz imzaları yox, əsərləri dərc edirik...

"Ulduz"un oktyabr sayı işıq üzü gördü
539
28 Oktyabr 2020, 15:06
 2020-ci ilin oktyabr sayı "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm...” yazısıyla açılır. 
Ruzbeh Məmməd "özüylə söhbəti...”ni və şerilərini təqdim edir. 
 "Nəsr”də Ruslan Mollayev "Divar”, Nur İşıq "Nanələr”, Əfsanə "Mənim robot anam”, Murad Muradov "Keşişlə söhbət”  hekayələrini təqdim edir.
 


 
 
 ""Ulduz” jurnalı ilə "525-ci qəzet”in birgə layihəsi”ndə nasir Rəşad Məcid, tənqidçi Məti Osmanoğlu, şair Elşən Əzimdir. 
 "Şeir vaxtı”nda Xalid Mahmud, Rəsmiyyə Sabir, Ceyhun Aranlı, Qoşqar Qaraçaylıdır.
"Debüt” rubrikasında Amin Namazlı "Böyük əzablar şəhəri” hekayəsini, Aypara Ayxan şerlərini təqdim edir.
"Türk eli”ndə Sedat Dəlioğludur. 
 Kamran Nəzirli "Karantin hekayələri” silsiləsindən yeni hekayəsini təqdim edir.  
"Tənqid” rubrikasında Elnarə Qaragözova " Zahid Sarıtorpağın mətnindən süzülənlər”dən  yazır. 
"Təbriz eli”ndə Pərvanə Məmmədli "Bütün uşaqların könül qapısını açan yazar”dan  – Səməd Behrənginin yaradıcılığından söhbət açır. 
 "Dərgidə kitab”da şeirləriylə Fuad Cəfərlidir.
 Bunlar hamısı deyil, "Ulduz”u oxuyun!