Biz imzaları yox, əsərləri dərc edirik...

"Ulduz" jurnalınını sentyabr sayı parladı
117
29 Sentyabr 2020, 10:39
"Ulduz" jurnalınını sentyabr sayı işıq üzü görüb.  
Bu say İlqar Rəsulun "özüylə söhbət...”i və hekayələri ilə açılır. 
"Ulduz” juranlı ilə "525-ci qəzet”in birgə layihəsi olan "9-luq” ilk dəfə bu sayda yola çıxır. 
Aysel Xanlarqızı şeirlərini, "Tənqid” rubrikası "Məmməd Orucun "Qara güzgü” və "Köçürülmə” romanlarında deportasiya hadisələrinin əksi”ni təqim edir. 

Sonuncu Orxan şerlərini, Fərid Hüseyn "Ləkə” poetik silsiləsini təqdim edir. "Böyükdən uşağa” rubrikasında "Ağ siçan balası” nağılıyla Şəfa Vəlidir.  "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü” yazısı bütövlükdə Nurəngiz Günə həsr olunub.  "Türk eli”ndə Ömər Küçükməhmətoğlunun "Ortada qalan cənazə” hekayəsi oxuculara təqdim olunur. 
"Şeir vaxtı”nda Müşfiqə Baladdinqızı, Kəmaləddin Qədimdir.
"Nəsr”də Xəyal Rza "Sarı qamış”, Gülşən Mustafa "Sağalmaq istəyirəm”,  Günel Mehri” "Etiraf” hekayəsini təqdim edir. Mətanət Vahid "Sənətlərin dialoqu: ədəbiyyat və musiqi”dən yazır. 
"Tribuna”da filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Mühacirət mətbuatımızın müqtədir mücahidi” yazısında Abid Tahirlinin tədqiqatlarından söz açır. 
"Debüt”də nağıllarıyla Təyyarə Əsgərova, şeirləriylə Savalan Abbasoğlu Fətihdir. 
İlham Abbasov "Ədəbiyyat üzrə Nobel mükafatları laureatları” silsiləsindən "İvan Bunin – Böyük ədəbiyyatın balaca klassiki” yazısını təqdim edir. 
 Fidan Malik "Sonrakı ağlım” essesini oxucularla bölüşür.
 "Dərgidə kitab” Lamiyə Məmmədovanın "1+1+1” kitabını təqdim edir. 
 "Ulduz”u oxuyun!