Biz imzaları yox, əsərləri dərc edirik...

Çukurova Dövlət Simfonik Orkestri Bakıda
406
09 Avqust 2019, 09:28
 Sentyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.
 
 

 AZƏRTAC xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq.
 Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
 Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.