Biz imzaları yox, əsərləri dərc edirik...

Səni istəyirdi kimsə – Füruğ Fərruxzadın şeirləri
1022
07 Noyabr 2018, 13:09
  Artkaspi.az Füruğ Fərruxzadın şeirlərini təqdim edir: 
 
 
 

 

 

 
 
 
 

*** 
 
 
Xoşbəxt cənazələr,
Qəmli cənazələr,
Mütəfəkkir sakit cənazələr!
Şux danışan, xoş geyimli, yaxşı yeyimcil cənazələr,
Vaxtaşırı bəlli duracaqlarda
Şübhəli işıqların astanasında
Və absurd meyvələri almaq ehtirası.
Ah,
Dörd yolda adamlar hadisələrə nigarandırlar.
Və bu "dayan” fitlərinin səsi.
O ləhzədəki gərək... gərək.... gərək,
bir kişi zaman təkəri altında əzilsin!
Bir kişi islanmış ağacların kənarından keçir.
 
 
*** 
 
 
Qaranlığın ortalığında
Səni səslədim.
Sükutla nəsim vardı,
Pərdəni aparan...
Yalqız göy üzündə
Yanırdı bir ulduz,
Gedirdi bir ulduz,
Ölürdü bir ulduz.
Səni səslədim,
Səni səslədim,
Mənim var yoxum...
Bir piyalə süd misalı
əllərim dəydi
şüşələrə toxunurdu
ayın mavi baxışı.
 
Həzin bir nəğmə
tüstü təki atılırdı,
çəyirtkələr şəhərindən,
tüstü təki sürüşürdü
pəncərələr üzərinə.
 
gecəni başdan başa orda
mənim sinəmin arasında
ümidsizlikdən kimsə
ləhləyirdi.
Ayağa qalxırdı kimsə,
Səni istəyirdi kimsə,
Onun iki soyuq əlini
Geri qaytarırdı.
 
Gecəni başabaş
Qara budaqlardan
Yerə süzürdü qəm.
Özünü buraxmış kimsə
Səni səsləyirdi kimsə
Hava divar kimi
Gəlirdi üstünə
Küləyə vurulmuşdu.
Mənim kiçik ağacım
Vətənsiz küləyə
Küləyin evi hardadır???
Küləyin evi harda???
 
 
*** 
 
 
Ölümüm çatacaqdır bir gün
Nur dalğasından işıqlanmış bir baharda
Toz basmış uzaq bir qışda
Ya da sevincdən boş bir son baharda
 
Ölümüm çatacaqdır bir gün
Acı və şirin bu günlərdə
Başqa günlərə bənzər boş bir gündə
Bu günlərin, dünənlərin kölgəsində.
 
Tor dalanlar kimi gözlərim
Ağ mərmər kimi yanaqlarım.
Bir yuxu alacaq məni birdən
Ağrı naləsindən boşalacam mən.
 
Sürünürlər astaca dəftərimə
əllərim şeir sehrindən uzaq.
Yadıma salıram ki əllərimdə,
Bir zaman alovlayırdı qanlı şeir.
 
 
 
 

Çağırır torpaq özünə hər dəm məni
tələsir məni özündə quylamağa.
Gecəyarı aşiqlərimdi bəlkə,
Qəmli məzarım üstə qoyar gülünü
 
Sonra birdən çəkilir bir tərəfə
Mənim dünyamın qaranlıq pərdəsi.
Tanınmayan bir cüt göz sürünür
Kağızlarımın, dəftərlərim üstə.
 
Kiçik otağıma ayaq basır
Sonra tənha yad birisiylə mən.
Güzgü önündə qalacaqdır yeri
Əl izi, bircə daraq, bircə teli.
 
Çıxıram özümdən qalıram özümdə...
Hər nə qaldısa qalan viran olur.
Ruhum bir qayığın yelkəni tək
Üfüqlərdə itib batır yox olanadək...
 
Tərcümə edən: Ümid Nəccari