Biz imzaları yox, əsərləri dərc edirik...

TV məkanlarda bir ilk – "İDARƏ" serialı
562
22 Sentyabr 2020, 10:00
 "Oscar Film production"un təqdimatında üzərinə tabu qoyulan bir çox mövzular, bu vaxta qədər efirlərdə səslənməyən  hadisələr, ictimai və dövlət strukturlarda kök salmış müəyyən neqativ tendensiyalar sosioal satira üslubunda tamaşaçlara təqdim olunacaq.
 
 

 Azərbaycan teleməkanında bir ilk olan, tam fərqli, indiyə kimi izləmədiyiniz mövzu və quruluşda çəkilən "İDARƏ” serialı bu mövsümdə hər kəsi təəccübləndirəcək. Ekran önündə izləyiciləri daim gərgin və həyəcanlı saxlamaqla yanaşı, həm də ciddi gülüşlə düşündürəcək. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi İlqar Fəhmi və Jalə Novruz olan serial ARB kanalında 25 sentyabrdan cümə günləri saat 21.00-da efirdə olacaq.