Biz imzaları yox, əsərləri dərc edirik...

“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
235
23 Oktyabr 2018, 16:42
  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb.
 
 
 

  Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun AZƏRTAC-a verdiyi məlumata görə, "Türkologiya”nın bu sayında Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq və Qazaxıstan alimlərinin Azərbaycan, rus, ingilis və türk dillərində məqalələri yer alıb.

  AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın bu sayında "Türkoloji irs”, "Dilçilik”, "Ədəbiyyat və folklor”, "Yazılı abidələr”, "Müzakirə və diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də "Türkoloji mərkəzlər”, "Redaksiyaya məktub”, "Resenziya”, "Elmi həyat”, "Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

 "Türkologiya” jurnalı ildə 4 dəfə olmaqla 3 aydan bir nəşr edilir. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.
 
Avanqard.net