Biz imzaları yox, əsərləri dərc edirik...

Türkiyədə Kamran Əliyevin kitabı çap olunub
374
24 Aprel 2018, 13:38
  AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin "Açıq kitab – "Dədə Qorqud” monoqrafiyası bu günlərdə İstanbulda "Ötükən” nəşriyyatı tərəfindən çap olunub. Kitab bundan əvvəl Bakıda Azərbaycan, Ərdəbildə isə fars dilində nəşr edilmişdir. 

 
 
 

 Monoqrafiya Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə Rabia İşık tərəfindən çevrilmişdir. Çevrilmənin redaktorları Prof. Dr. Mehman Musaoğlu və Tuğba Bayraqdarlardır.
  Monoqrafiyaya Prof. Dr. Əhməd Bican Ərcilasun ön söz, Prof. Dr. Mehman Musaoğlu isə son söz yazmışdır.