Biz imzaları yox, əsərləri dərc edirik...

Türkiyədə Həzrəti Mevlananı anma mərasimləri bu il COVID-19 tədbirləri çərçivəsində keçiriləcək
123
25 Noyabr 2020, 14:34
 Türkiyədə hər il təntənəli şəkildə, beynəlxalq tədbirlərlə qeyd edilən Həzrəti Mevlananı anma mərasimləri bu il COVID-19 tədbirləri çərçivəsində keçiriləcək.
 AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Konya Mədəniyyət və Turizm İdarəsindən bildirilib.
Məlumata əsasən, əvvəlki illərdə dekabrın 7-dən 17-dək davam edən tədbirlər bu il dekabrın 7-si və 17-də keçiriləcək.
 
 Qeyd edək ki, bu il 747-ci anma mərasimi keçiriləcək Mövlana Cəlaləddin Rumi tolerantlığın, barışın və dözümlülüyün simvolu hesab edilir. Bir din alimi olan Həzrəti Mövlananın əsl adı Məhəmməd Cəlaləddindir. Mövlana isə ağamız mənasını verir.
 Ömrünün böyük hissəsini Konyada yaşayan Mövlananın məzarı da bu şəhərdədir.

Xəbər lenti