Biz imzaları yox, əsərləri dərc edirik...

Artıq Tolstoyla söhbət edəcəyik
291
13 Sentyabr 2018, 11:45
  Artıq Tolstoyla söhbət edə biləcəyik Ötən bazar günü – 9 sentyabrda Rusiyada böyük rus yazıçısı Lev Tolstoyun 190 illiyi təntənə ilə qeyd edildi. Dünya şöhrətli "Anna Karenina” və "Hərb və sülh”ün müəllifinin yubileyi münsaibətilə "Yandex” və "Arzamas” birgə layihə əsasında xüsusi hədiyyə hazırlayıb. Artıq səsli köməkçi olan "Alisa” "Lev Tolstoy cavab verir” adlı bacarığa yiyələnmişdir və bu vərdiş sayəsində o, dahi klassikin sitatları vasitəsilə danışa biləcək. Reklam çarxında "Yandex”in səsli köməkçisi "Alisa”ya "Həyatın mənası nədədir?” sualı verilir.
 
 
 
  O, suala Lev Tolstoyun 1882-1886-cı illər ərzində yazaraq ərsəyə gətirdiyi "İvan İliçin ölümü” povestindən sitatla cavab verir: "Həm onları, həm də özünü bu əzablardan qurtarmaqda”. Səsli köməkçinin yeni vərdişini "Yandex”in "Alisa” əlavə edilən bütün məhsullarında (məsələn, Windows üçün "Alisa”) aktivləşdirmək olar. Layihə rəhbərinin sözlərinə görə bacarıqdan yararlanmaq üçün "Alisa” ya "Lev Tolstoyla çata başla” və ya "Lev Tolstoy cavab verir vərdişinə başla” komandalarından birini vermək lazımdır. 
 
  Hazırladı: Xatirə Nurgül