Biz imzaları yox, əsərləri dərc edirik...

“The Cars” qrupun lideri Rik Okasek dünyasını dəyişib
208
16 Sentyabr 2019, 17:43
  Sentyabrın 16-da amerikanın "The Cars” qrupun vokalçısı Rik Okasek dünyasını dəyişib.
  AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə musiqiçinin həyat yoldaşı Paulina Porizkova məlumat verib.
 
 

  "The Cars” qrupu "Yeni dalğanın” (New Wave) nümayəndələridir. Onlar əsasən ötən əsrin 80-ci illərində populyarlıq qazanmışdı. 2018-ci ilin aprelində "The Cars”, ABŞ-da yerləşən roknrolun Şöhrət Muzeyinə daxil edilib. Musiqiçilər karyerası boyunca yeddi albom buraxıblar.