Biz imzaları yox, əsərləri dərc edirik...

“Təxəyyül” adlı qısametrajlı filmin çəkilişləri başa çatıb
35
10 Oktyabr 2018, 17:11
  "Hədəf” multimedia mərkəzində gənc yazar Rövşən Danyerinin ssenarisi əsasında "Təxəyyül” adlı qısametrajlı filmin çəkilişləri başa çatıb.
 
 

  Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filmin rejissoru Cavad Nurdur. Müəllifin eyniadlı hekayəsi əsasında çəkilmiş filmdə sosial həyatdan bəhs edən problemlər təsvir olunub, obrazlar üz-üzə qoyulub.
  "Təxəyyül” qısametrajlı bədii filmi absurd-komediya janrındadır.
  Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova və Nuridə Musabəyli canlandırıblar.