Biz imzaları yox, əsərləri dərc edirik...

Tanınmış bakılı yazıçı Moskvada vəfat edib
485
31 Mart 2020, 18:19
 Tanınmış şair, yazıçı, dramaturq və ssenariçi, həmyerlimiz Leonid Zorin Moskvada vəfat edib.
 AZƏRTAC xəbər verir ki, Leonid Zorin 96 yaşında dünyasını dəyişib.
 
 

 Leonid Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş "Pokrov darvazaları” filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.