Biz imzaları yox, əsərləri dərc edirik...

Svetlana Alekseyiviçin növbəti romanı
302
22 İyul 2019, 15:21
  Nobelli yazıçı-jurnalist Svetlana Alekseyiviçin növbəti romanı "Sonuncu şahidlər: İkinci Dünya müharibəsi uşaqlarının hekayəsi” ("Last witnesses: An oral history of the children of World War II”) ingilis dilinə tərcümə edilərək, kitab mağazalarında yerini alıb. "Müharibədən siyasətçilər elə danışır ki, sanki savaşı mehtərlər başladıb, hərbçilər bitirib. Amma iştirakçıların gözündən hamı fərqli görünür. Biz bilirik siz o meydanlarda nələr etmisiniz!” sözləri ilə sanki dinlədiyi əzablı hekayələrin ağırlığının hikkəsindən xilas olmaq istəyən yazar "İkinci əl zaman” ("Secondhand time”)  və bu roman haqqında danışarkən duyğularını idarə edə bilmədiyini deyib: "Uşaqlar dünyanın planlarından xəbərsiz var olanlardır, ağaclar, çiçəklər, quşlar kimi. Elə onlar qədər də günahsızdırlar. Mən bu roman üçün müsahiblər tapanda bir ortaq ifadənin məni dərindən sarsıdacağını ağlıma gətirməmişdim. Öz xatirələrini danışanların hamısının hekayəsində "o qadın anama çox bənzəyirdi” səhnəsi var. Müharibədə, əsirlikdə analarını hansısa bir formada itirən balacaların gözünə bütün qadınlar ana kimi görünür”.
 
 

  Kitabı yazarın naşiri "Random House”-dan Riçard Pevar və Larissa Volokonski tərcümə edib. "amazon”-da kitabın satış qiyməti 30 dollardır.
 
  Elcan Salmanqızı