Biz imzaları yox, əsərləri dərc edirik...

Strasburqda “Stalinlə ixtilaf xatirələri” kitabının təqdimatı olacaq
426
23 Yanvar 2020, 09:11
  Yanvarın 29-da Strasburqun "Librairie Kleber” mötəbər kitab mağazasında bu şəhərdə fəaliyyət göstərən və Fransada Azərbaycan ədəbiyyatını təşviq edən nəşriyyat evi "Kəpəz”in çap etdiyi M.Ə.Rəsulzadənin "Stalinlə ixtilaf xatirələri” kitabının təqdimatı keçiriləcək.
 
 

  AZƏRTAC xəbər verir ki, Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü Tyeri Edmond təqdimata moderatorluq edəcək. Təqdimat mərasimində Strasburq Universitetinin professoru və kitaba "Ön söz” yazmış Stefan De Tapia və Strasburqun baş ravini, Avropa İnstitutlarının nümayəndəsi Mendel Samama təqdimatda çıxış edəcəklər.
  Qeyd edək ki, "Kəpəz” nəşriyyat evinin əsas məqsədi ölkəmizin zəngin mədəniyyətini, ədəbiyyatını, yazıçılarını fransızdilli oxuculara çatdırmaq, onu təşviq etməkdir.