Biz imzaları yox, əsərləri dərc edirik...

Bioqrafiyanı necə yazırlar?
630
14 Mart 2018, 16:20
  "New-York Times”ın siyasət bölməsinin reportyoru Eymi Çozik həm həmkarları, həm yazarlar üçün olduqca maraqlı və yararlı bir məqalə qələmə alıb. İllərdir ABŞ-ın müxtəlif prezidentləri, onların xanımları, xarici işlər nazirləri və Ağ Evin təşkil etdiyi müxtəlif rəsmi səfərlərdə ayrı-ayrı siyasiləri müşayiət etmək üçün ölkə-ölkə gəzmiş reportyor özü də hazırda memuar üzərində işləyir: "İlk dəfə bu haqda Devid Kar (redaktor – red.) ilə məsləhətləşdim. Dediyi fikir mənim üçün işıq oldu: "Yazarların yaşadığı yerlərə üz tut və oxu, çox oxu”. Bu mütaliə şərtinin bütün yazarlar tərəfindən təkrarlanması sizə sıxıcı, yorucu gələ bilər, amma başqa yol yoxdur. Ona görə hamı yaxşı yazının ilk şərtini səsləndirməli olanda "oxuyun” deyir. Amma siyasətdən yazar müxbirə memuar yazmaq üçün başqa nə lazımdır? – yumor hissi, müşahidə qabiliyyəti, təsvir  peşəkarlığı və s. Bəs nələri oxumalı? Əgər dediyim adamsınızsa və memuar yazmaq istəyirsinizsə, məhəbbətin ürək sözlərini çatdıran adamlarla zaman itirməyin”.

 

  Həmin məqalədə siyasi memuar yazmaq üçün məsləhət görülən ədibləri və əsərləri təqdim edirik:
·  Riçard Ben Kreymer – "Nə lazımdır?” ("What it takes?”)
·  Devid Foster Uallas – "Qalx, Simba” ("Up, Simba!”)
·  Hunter Tompson – "Qorxu və nifrət” ("Fear and loathing: On the campaign trail 72”)
·  Timoti Krus – "Oğlanlar və avtobus” ("The boys and the bus”)
·  Qari Uils – "Nikson Aqonistes: Özünü yaratmış adamın böhranı” ("Nixon Agonistes: the crisis of the self-made man”)
·  Marco Rubio – "Amerika xəyalları” ("American dreams”)
·  Berni Senders – "İnandığımız gələcək” ("Our revolution: A future to believe in”)
·  Hilari Klinton – "Çətin seçimlər” ("Hard choices”)
·  Meri Kar – "Yalançılar düşərgəsi” ("The liars’ club”)
·  Coan Didion – "Cənub və Qərb” ("South and west”)
  Hazırladı: Elcan Salmanqızı