Biz imzaları yox, əsərləri dərc edirik...

Şərif Ağayarın romanı Fransada
174
22 Aprel 2019, 11:44
  Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” romanı Fransanın Strasburq şəhərində fəaliyyət göstərən "Kapaz” nəşriyyatında çap olunacaq.
 
 


  Kulis.az-ın verdiyi xəbərə görə, roman elm və ədəbiyyat adamlarından ibarət 5 nəfər peşəkar ekspertin dördündən müsbət rəy alıb. Əsərin tərcümə prosesi yaxın günlərdə başlayacaq.  

  Xatırladaq ki, Şərif Ağayar imzası bu ilin mart ayında Strasburqda təqdimatı keçirilən "Azərbaycan ədəbiyyatı antologiyası” kitabından diqqəti cəlb edib. Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərtib etdiyi almanaxa daxil edilən "Şeqlov üsulu” hekayəsi haqqında yüksək sözlər deyib və bundan sonra nəşriyyat müəllifə müraciət edərək əsərlərini istəyib.