Ay evin uşağı, açma qapını
Görmürsüz gözümdə od
gətirmişəm?!.
...Qapını bağlayıb evdən
çıxanda
Böyüklər aldatdı uşaqlarını.
İti addımlarla itilədilər
Bəzən qaçmaq üçün ayaqlarını
-
Qurda göstərməyə buynuzları
yox,
Göyə qaldırmağa dumbuzları
yox...
İti addımlarla itilədilər
Bəzən qaçmaq üçün
ayaqlarını...
Bəlkə qurd görəndə
qaçmadığından
Qurdlar atanızı azdırmaq üçün
Evinin yolunu dəyişdirdilər,
Küçənin adını dəyişdirdilər.
Gözünün odunu almadılar, yox
Gözünün odunu
dəyişdirdilər...
Yeyib şirin-şirin nağıllarını
Ağzının dadını dəyişdirdilər.
Ay evin uşağı, açma qapını,
Desəm də bal kimi süd
gətirmişəm.
Bəlkə o südə də nəsə
qatıblar,
Ağzımda ayrı cür dad
gətirmişəm...

*
Yaxşı yadımdadı, açdız
qapını;
Dünyadan xəbərsiz o ac
baxışlar
Tökülüb üstümə yedilər məni.
Görəndə bir tikə çörək yerinə
Özümlə qupquru ad
gətirmişəm...
Ay evin uşağı, açma qapını,
O ad nəyinizə gərəkdi axı!
Təkcə umduğunuz çörəkdi axı...
Çörək o çörəkdi – qorxusun gözə,
Qoxusun qəlbimə əkib gəlmişəm.
Adəm babanızın günahlarıdı
Sirli dəyirmanda çəkib gəlmişəm...