Biz imzaları yox, əsərləri dərc edirik...

Salam Sarvan ilk kitabı haqqında danışırLayihə
2126
13 İyun 2017, 13:27

artkaspi.az "Yazarın ilk kitabı” adlı yeni layihəyə start verib. Layihənin məqsədi yazıçıların ilk kitabı haqqında, onun çapı barədə xatirələrini danışması, hələ kitabları nəşr edilməyən yazarlarla təcrübələrini bölüşmələridir. Layihənin ilk qonağı şair Salam Sarvandır. Salam Sarvanın ilk kitabı "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm” (1996)



 

– İlk kitabınızın çap olunması ideyası haradan qaynaqlandı?

– İdeya özümün idi.

 

– Kitabın çap olunması zamanı hansısa çətinliklərlə üzləşdiniz?

– Bəli, pul tapılmırdı.


– Kitabın üz qabığı, tərtibat işlərində çətinliyiniz oldumu?

– Üz qabığına rəsmi Adil Mirseyid çəkmişdi. Hərçənd ideyanı özüm vermişdim: saatın əqrəbləri eyni rəqəmin üstündə qıfılla bağlanıblar.


– İlk kitabınızın oxucu auditoriyası barədə nə deyə bilərsiz?

– 500 tiraj idi, üç günə "yoxa çıxdı”.


– İlk kitabının çapı hazırlığında olanlara məsləhətiniz nədir?

– Tələsməsinlər.

 


       Hazırladı: Xatirə Nurgül