Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən
etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq
Ədəbiyyat Mükafatının 2019-cu il üçün laureatlarının adları Mükafat komissiyası
tərəfindən açıqlanıb.
Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər
Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə,
bu ilki laureatların siyahısı Kojogeldi Gültekin (Qırğızıstan), İlqar Fəhmi,
Musa Ələkbərli, Xanəmir Telmanoğlu, Yusif Nəğməkar və Elnarə Akimovadan ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını
daşıyan bu beynəlxalq mükafat 19 ildir ki, hər il onun doğum günü ərəfəsində
bir nəfər görkəmli xarici ölkə şairinəvə bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza
təqdim edilir.
Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq
Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.
İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə),
Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın
(Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya),
Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı,
Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa
Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol, Fərid
Hüseyn və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.
"Vektor” BEA tərəfindən indiyə qədər mükafat laureatlarının
71 adda kitabı yayınlanaraq oxuculara hədiyyə
edilmişdir.