Biz imzaları yox, əsərləri dərc edirik...

Roulinqə böyük etimad
205
10 İyul 2018, 17:32
  Mərkəzi ofisi Los-Ancelosda yerləşən "Filmoqrafiya, İncəsənət və Nəzəri elmlər Akademiyası” bu il də müxtəlif aktyor, rejissor, ssenaristlərə dəvət ünvanlamaqla, mütəxəssis komandasını genişləndirməyə davam edir. 
 
 
 
  "Nbcnews"un məlumatında bildirilir ki, qısaca "Akademiya” adı ilə tanınan mərkəz son illər kişi üzvlərinin sayca çoxluq təşkil etməsi faktına görə tənqidə məruz qalıbmış. Odur ki, Akademiyanın idarə heyəti komandanı genişləndirmə məsələsində son iki ildir daha həssas davranır. Belə ki, artıq daha çox incəsənət, filmoqrafiya, teatr cameəsinin qadın üzləri araşdırılır, dəyərləndirilir. Bu il isə Akademiya rekord sayda sənət adamına dəvət göndərib. Cari ildə quruma dəvət alan 928 nəfərin arasında "Fantastik canavarlar nələrdir, harada yaşayırlar?” ("Fantastic Beasts and Where to find them”) filminin ssenarisini qələmə almış JK Roulinq də var. Əslində, Akademiya qaydalarına görə, romanları ekranlaşdırıldığı üçün Roulinq, akademik heyətinə üzv ola bilməzdi. Amma yuxarıda adını çəkdiyimiz filmin uğurlu ssenarisinin müəllifi olması yazarın qarşısında duran bu əngəli aradan qaldırıb. 
  Akademiyanın etimad göstərərək, qəbul etdiyi yeni üzvlər arasında "Üzüklərin şahzadəsi” filmində Arven obrazını canlandıran Liv Taylor, "Taxt oyunları”nda Kxalesi xarakterinə həyat verən Emili Klark və Sörsi rolunda oynayan Lena Hedey kimi məşhur simalar da var.
  Son qəbuldan sonrakı hesablamalar göstərib ki, artıq akademiya heyətində qadınlar 39% təşkil edir.