Biz imzaları yox, əsərləri dərc edirik...

“Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
442
03 Mart 2021, 11:33
 Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulunu davam etdirir.
 


 Muzeydən AZƏRTAC-a bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.
 Konfransa material qəbulu üçün son tarix aprelin 30-da başa çatacaq.
 Ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanına suallar göndərməklə əldə etmək olar.