Biz imzaları yox, əsərləri dərc edirik...

Respublika Günü münasibətilə Türkiyənin “Bengü Türk” televiziyasında xüsusi veriliş
406
27 May 2020, 11:41
 Türkiyənin "Bengü Türk” televiziya kanalında yayımlanan "Azərbaycan rüzgarı” proqramının növbəti verilişi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunacaq.
 Bu barədə AZƏRTAC-a proqramın müəllifi və aparıcısı, jurnalist Səidə Ömər məlumat verib.

 Bildirilib ki, mayın 28-də yayımlanacaq "Azərbaycan rüzgarı” həm möhtərəm qonaqları, həm də rəngarəngliyi ilə fərqli şəkildə tamaşaçıların qarşısına çıxacaq. Proqramda Türkiyənin məşhur sənətçiləri yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq evlərindən videogörüntü ilə Azərbaycanı salamlayacaq, ürək sözlərini canlı ifalarla çatdıracaqlar.
 Verilişdə, həmçinin Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdiriləcək.