Biz imzaları yox, əsərləri dərc edirik...

Ramil Əhməd II Beynəlxalq Sosial Elmlər Konfransında
689
20 Sentyabr 2019, 10:54
  Şair, tədqiqatçı Ramil Əhməd II Beynəlxalq Sosial Elmlər Konfransında (Congist’19) "Bakının neft şəhərinə dönüşümü və bu dönüşümün şeirə yansıması” mövzusunda çıxış edəcək. Çıxış Bakı vaxtilə 15:00-da başlayacaq.
 
 

  İstanbul Universiteti Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan konfransda dünyanın müxtəlif ölkələrindən yazarlar və ədəbiyyatşünaslar iştirak edir. Bu il artıq ikincisi keçirilən konfransın əsas mövzusu "Şəhərin dili” adlanır. Fransanın Limoges Universiteti və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi konfransın əsas dəstəkçiləridir.
 Ramil Əhməd Bakının XIX. əsrin ortalarından etibarən sürətli dəyişiminin iqtisadi, sosial, tarixi tərəflərini və ardından bu dəyişikliklərin ədəbiyyata yansımasından danışacaq. Yazar Mayakovski, Nazim Hikmət, Rəsul Rza, Mikayıl Müşfiq və Süleyman Rüstəm örnəyində şeirdə yaradılan Bakı imajı, neft sənayəsinin şeirə gətirdiyi mövzu və üslublar üzərində duracaqdır.