Biz imzaları yox, əsərləri dərc edirik...

Rafiz İsmayılovun 80 illiyi qeyd edilib
197
12 Aprel 2019, 14:13
  Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında Xalq rəssamı Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edilib.
 
 

  AZƏRTAC xəbər verir ki, tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov və başqaları çıxış edərək fırça ustasının rəssamlıq sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.
 
 

  Vurğulanıb ki, Rafiz İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan sənətkar onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi öz yaradıcılığını yüksək səviyyədə göstərmiş, xidmətlərinə görə 2000-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.