Biz imzaları yox, əsərləri dərc edirik...

"Qızıl Psixeya" 21-ci Milli Müsabiqəsində Loqos laureat oldu
391
03 İyun 2020, 13:23
 31 may 2020-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində həyata keçirilən, dünyanın müxtəlif ölkələrindən namizədlərin müraciət etdiyi, "Qızıl Psixeya" 21-ci Milli Müsabiqəsində "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi İlin Psixoloji aləti nominasiyasında "5 il birlikdə: Azərbaycanda Psixoloji Xidmət İşi təcrübəsi" adlı layihə ilə iştirak edərək laureat adına layiq görülüb.

 Bu keçirilən müsabiqədə ilk dəfə Azərbaycanlı namizəd olaraq "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi dövlətimizi təmsil edib.
 Məlumat üçün bildirək ki, 6 ildir fəaliyyət göstərən     insanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınıb. Hazırda Mərkəz Respublika ərazisində psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır. 
 "Loqos”un Bakı şəhərində 5, regionlar üzrə – Gəncə, Lənkəran, Xaçmaz və Bərdədə filialları xidmət göstərir.