Biz imzaları yox, əsərləri dərc edirik...

“Qızıl buta”nın mükafatlandırma mərasimi olacaq
542
06 Dekabr 2018, 10:46
  Bakıda 2018-ci ilin yekunlarına dair "Qızıl buta” mükafatının təqdimatı keçirəcək. Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi (DAİM) tərəfindən hər il ənənəvi olaraq keçirilən mərasimdə müvafiq nominasiyalarla səsvermədə qalib olmuş şəxslər mükafatlandırılacaq.
 
 

  DAİM-nin sədri Zaur Mirzəzadə AZƏRTAC-a bildirib ki, səsvermə bu gündən etibarən dekabrın 17-dək davam edəcək. Budəfəki sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunacaq. Sorğunun nəticələrinə əsasən "Qızıl buta” mükafatı qaliblərə dekabrın sonunda təqdim ediləcək.