Biz imzaları yox, əsərləri dərc edirik...

“Qətl günü” romanı Türkiyədə oxuculara təqdim olunub
700
07 Aprel 2017, 13:15

  Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən "Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.

  Layihə üzrə Yusif Vəzir Çəmənzəminli "Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları” kitablarının ardınca cari ildə Xalq Yazıçısı Yusif Səmədoğlunun "Qətl günü” romanı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

  Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi "Qətl günü” romanı qardaş ölkədə maraqla qarşılanıb.

  Qeyd edək ki, Yusif Səmədoğlunun humanist ideyaları təbliğ edən "Qətl günü" tarixi, psixoloji romanı bədii-estetik və sosial-ictimai mahiyyətinə görə nəsrimizin dəyərli nümunələrindədir. Əsərdə üç müxtəlif dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb.  

 

  AZƏRTAC