Biz imzaları yox, əsərləri dərc edirik...

Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi
457
09 Aprel 2020, 11:07
 "Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasına biri də əlavə olun. Belə ki, Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib.
 AZƏRTAC xəbər verir ki, vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarət müsabiqə aprelin 10-dan mayın 9-dək davam edəcək.

 Müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə rəhbərlik edəcək. Beş nəfərdən ibarət münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək.
 Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. İştirakçılar [email protected] elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçməlidirlər. Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.
 Müsabiqə ilə bağlı ətraflı məlumatı [email protected] elektron ünvanından əldə etmək olar.
 Qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.
 Müsabiqədə Qran-Priyə layiq görüləcək bəstənin müəllifinə 2 min manat, ilk 3 yerin sahiblərinə isə müvafiq olaraq 1 500, 1 250 və 1 000 manat məbləğində pul mükafatı veriləcək.
 Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.