Biz imzaları yox, əsərləri dərc edirik...

Puşkin haqqında videoçarx
388
06 İyul 2020, 14:46
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin şəraitində virtual xidmət göstərir.
 AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları müxtəlif mövzuda informasiya xarakterli videoçarxlar hazırlamaqla, #evdəqal çağırışına həmrəy olduqlarını bildirir. Ədəbiyyat sahəsi ilə bağlı videoçarxların hazırlanmasında məqsəd yazıçı və şairlərin əsərlərinə maraq yaratmaqdır.
 
 İzləyicilərə təqdim olunan növbəti videoçarxlar rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru, tənqidçi, tarixçi, publisist Aleksandr Sergeyeviç Puşkin haqqındadır.
 Videoçarxda metodika-biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova A.S.Puşkinin "Я вас любил...” şeirini səsləndirir, informasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva isə rus şairin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları izləyicilərə çatdırır.
 Videoçarxda rus dramaturqu A.S.Puşkinin fotoları və sonda isə ölümü ilə bağlı videosüjet nümayiş olunur.
Qeyd olunan videoçarxlar Yasamal rayon MKS-nin "YouTube” kanalında yerləşdirilib.