Biz imzaları yox, əsərləri dərc edirik...

Piyada keçidində sürünən sarı yarpaq – Mətləb Ağanın şeiri
422
22 Oktyabr 2018, 15:12
 Artkaspi.az Mətləb Ağanın "İndi nə xatırladır" adlı şeirini təqdim edir:
 
 
 
İndi nə xatırladır,
uzaqda qalmış yayı?
...qoca şam ağacları
payızla vals oynayır...
 
Piyada keçidində
sürünən sarı yarpaq,
bilirmi, pəncərəndən
bir daha baxmayacaq?!
 
Nə şeir, nə hekayə,
nə romandı, bilirsən!
ömür yüz il filan yox,
bircə andı, bilirsən!
 
 
 
 
Barı, yağış da yağmır,
islansın yanaqların...
qarışdırsın saçında
qaraları, ağları...
 
...Əllərimdən tutarsan:
"...niyə üzün qırışdı?...
...nə üçün oyatmadın?!
...nə vaxt yuxulamışdım?...”