Biz imzaları yox, əsərləri dərc edirik...

Pedaqoji Universitetdə “Ulduz”lu görüş
202
18 Oktyabr 2018, 17:14
  Bu gün Azərbaycan Pedaqoji Universitetində "Ulduz” jurnalının redaksiya heyəti ilə filologiya  fakültəsinin tələbələri arasında görüş keçirilib. Fakültənin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və "Ulduz”un baş redaktoru Qulu Ağsəs tələbələri dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edəndən sonra jurnalın əməkdaşlarına söz verildi.
 
 
 


 
  Poeziya və nəsr nümunələri səsləndirilən tədbirdə tələbələrin də yaradıcılığına yer ayrıldı. Səmimi ab-havada keçən görüş zamanı 25 tələbəyə "Ulduz” jurnalı təqdim olundu.
 
 
 
  Universitetin yaradıcı gəncləri isə öz yazılarını qonaqlara təqdim etdilər. Qərara gəlindi ki, bu təmaslar mütəmadi xarakter alsın.