Biz imzaları yox, əsərləri dərc edirik...

Pantomima Teatrında həftəsonu maraqlı tamaşalar olacaq
166
15 Fevral 2019, 17:08
 Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu üç tamaşa nümayiş ediləcək.
 
 
 
 
 

 Teatrdan AZƏRTAC-a bildirilib ki, fevralın 16-sı, saat 18.00-da "6+1 nömrəli palata” fevralın 17-də saat 14.00-da isə uşaqlar üçün nəzərdə tutulan maarifləndirici tamaşa  "Fəlakət və insan” göstəriləcək.
 Bundan başqa, pantomimasevərlər fevralın 17-si, saat 18.00-da "Kişilər və qadınlar”a baxa biləcək.
 Qeyd edək ki, sənət ocağının yaradıcı kollektivi bir neçə yeni tamaşa ilə gələn ay tamaşaçılarını sevindirəcək.