Biz imzaları yox, əsərləri dərc edirik...

Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş edəcək
385
31 May 2020, 16:03
 Azərbaycan Dövlət Pantomima Teatrı bu gün "Gəldim ki, olam qəmin hərifi" tamaşasını onlayn nümayiş etdirəcək. Tamaşa teatrın "YouTube” kanalından saat 21.00 da yayımlanacaq.
 Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında olan vaxtilə televiziya kanallarının lentə aldığı bir çox tamaşaları var ki, onlar artıq oynanılmır. Teatr "Evdə qal, teatrdan qalma” prinsipinə arxalanaraq həmin tamaşaları televiziya kanallarının arxivindən əldə edib yenidən nümayiş etdirməyi planlaşdırır.
 
 

 Qeyd olunub ki, pandemiya dövründə ən çox əziyyət çəkən qurumlardan biri də teatrlardı. Epidemiyanın qarşısını almaq üçün tamaşaçılara teatra gəlmək qadağan edilib. Pantomima teatrının kollektivi də evdə oturmaqla teatrdan kənarda qalmayıb izləyiciləri bu unudulmuş tamaşalara baxmağa dəvət edir.
 Vurğulanıb ki, pandemiya dövründən sonra yeni tamaşalar hazırlanacaq.