Biz imzaları yox, əsərləri dərc edirik...

Oskara namizədlərin siyahısı açıqlanıb
424
21 Dekabr 2017, 18:19
  ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatının əsas nominasiyası uğrunda mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.
  AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.
 

 
 
  Mükafata əsas namizədlərin sırasında "Möcüzə-qadın”, "Ülgüc üzərində qaçış 2049”, "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır”, "Dünkerk”, "Kinqsman: Qızıl üzük” və başqa filmlər yer alıb.
  Qeyd edək ki, Oskar mükafatının təqdimetmə mərasimi gələn il martın 4-də Los-Ancelesdə keçiriləcək.