Biz imzaları yox, əsərləri dərc edirik...

“Oskar” mükafatlarına “Məşhur film kateqoriyası” əlavə olunacaq
261
09 Avqust 2018, 17:02
  Kino dünyasının ən əhəmiyyətli mükafatlarından olan və "Oskar" kimi tanınan ABŞ-dakı Akademiya Mükafatlarına, satış rekordu qıran filmlərin də mükafat üçün yarışmasına imkan verəcək "Məşhur film kateqoriyası” əlavə olunacaq.
 
 

  AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Amerika Kino Sənətləri və Elmləri Akademiyasının qərarı ilə satış rekordu qıran filmlərin də mükafat üçün yarışmasına başlanılacaq.
Dəyişikliyin nə zaman həyata keçiriləcəyi və namizəd olmaq üçün nə kimi zərurətlər olacağı ilə bağlı məlumat verilmir.
  "Oskar” mükafatlarına ən son 2001-ci ildə "Ən yaxşı animasiya filmi” kateqoriyası əlavə olunub.