Biz imzaları yox, əsərləri dərc edirik...

“Oruel” kitab mükafatı reperin oldu
492
10 İyul 2018, 16:19

  Böyük Britaniyanın nüfuzlu ədəbiyyat ünvanlarından olan, 1994-cü ildən bəri ənənəvi qaydada hər il təqdim olunan "Oruel” kitab mükafatının qalibi açıqlanıb. "Guardian”da yer alan xəbərə görə, "University College London”un təqdim etdiyi mükafatın builki qalibi Avropada Loki təxəllüsü ilə tanınan isveçli reper Darren MakQarvi olub.

 

 


  Qeyd edək ki, bu mükafat britaniyalı yazar və fikir adamı Corc Oruelin "Siyasi mətnləri incəsənətə çevirmək!” şüarı ilə səsləşən kitablara və müəlliflərə verilir. İşçi sinfinin psixologiyasına, gündəlik qayğılarına, həyat mübarizəsinə işıq tutan mahnıları, şeirləri ilə tanınan, hər zaman sadə xalqın haqlı etirazında onun yanında yer alan, illərlə narkotik aludəçiliyi ilə mübarizə aparan və hazırda bu mübarizənin ən güclü qalibi kimi nümunə göstərilən Lokinin mükafata layiq görülən kitabının adı "Yoxsulluq səhrası”dır ("Poverty Safari”). Mükafatın münsiflər heyətinin sədri Andreu Adonis mükafatın qalibi haqqında açıqlamasında bunları deyib: "Niyəsə bütün münsiflərə elə gəldi ki, bu kitab Oruelə həsr olunub. Əgər yaşayıb, bu kitabı oxusaydı, o özü də bu mükafatı "Yoxsulluq səhrası”na layiq görərdi. Loki qətiyyətli siyasi mübarizəni uğurlu bir mətndə cəmləşdirib. Müəllif Böyük Britaniyadakı aşağı sinfin qəzəbini, basdırılmış səsini, duyğularını ifadə etmək üçün çırpınıb”.