Biz imzaları yox, əsərləri dərc edirik...

Onlayn videotəlimlərə başlanılır
402
08 Aprel 2020, 15:11
 "Kreativ Azərbaycan” portalı mədəniyyət sahəsində çalışan əməkdaşlar, eləcə də özəl sektor nümayəndələri, ayrı-ayrı yaradıcı şəxslərin vacib mövzular üzrə bilik və bacarıqlarının artırılması məqsədilə onlayn videotəlimlər proqramına başlayır.

 AZƏRTAC xəbər verir ki, mövzular üzrə videotəlim mühazirələri creative.az portalında xüsusi bölmədə, eləcə də portalın "Facebook” səhifəsində yerləşdiriləcək. Təlim iştirakçıları mövzular üzrə mühazirələrə dair qeydlər bölməsində suallar ünvanlaya, onlara cavablar ala biləcəklər.
 Qrafik dizayn, layihə idarəetməsi, marketinq, PR və digər mövzulara dair keçiriləcək təlimlər moduldan asılı olaraq müxtəlif müddəti əhatə edəcək.