Biz imzaları yox, əsərləri dərc edirik...

Onlayn “Otello əfsanəsi”
228
22 May 2020, 11:33
 Dövlət "Yuğ” Teatrı U.Şeksprin "Otello” əsəri əsasında hazırlanmış "Otello əfsanəsi” tamaşasını sosial şəbəkədiki hesabları vasitəsilə onlayn təqdim edəcək.
 AZƏRTAC xəbər verir ki, mayın 23-də nümayiş ediləcək səhnə əsəri rejissor Gümrah Ömərin quruluşunda izləniləcək. Tamaşada rolları aktyorlar Ziya Ağa, Fidan İsmayılova, Mətləb Abuşov, Toğrul Qasımov, Mirsənan Kazımlı, Gövhər Şabanova, Gövhər Fidan, Elçin Əmirov və Tural Kərimov canlandıracaq.