Biz imzaları yox, əsərləri dərc edirik...

Notr-Dam kilsəsi haqqında serial çəkiləcək
382
15 Oktyabr 2019, 12:28
  Fransanın "Vendome” şirkəti Paris Notr-Dam kilsəsində baş verən yanğın barəsində serial çəkmək qərarına gəlib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, film kilsədə jurnalist tədqiqatları aparmış "The New York Times” qəzetinin məqalələri əsasında çəkiləcək.
 
 

  Məlumatda bildirilib ki, serial 4-6 hissədən ibarət olacaq. "Vendome”un rəhbəri Filip Ruselle deyib: "Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Ssenaridə dəyişikliyin olması istisna deyil. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq”.
  Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu ilin aprelin 15-də baş verib.