Biz imzaları yox, əsərləri dərc edirik...

Nizami ənənələrinin anadilli davamçısı – Paşa Kərimov yazır
1655
26 Yanvar 2021, 10:50
 Artkaspi.az saytı Paşa Kərimovun "Nizami ənənələrinin anadilli davamçısı” adlı yazısını təqdim edir: 
  
 Əli­nin "Qis­se­yi-Yu­sif” das­ta­nı ana­dil­li Azər­bay­can ya­zı­lı abi­də­lə­ri için­də ilk əsər­lər­dən bi­ri­dir. İlk ana­dil­li bə­dii ədə­biy­yat nü­mu­nə­lə­ri­mi­zə aşa­ğı­da­kı­lar da­xil­dir: Əs­fə­ra­in­li İz­zəd­din Hə­sə­noğ­lu­nun qə­zəl­lə­ri, Əli­nin "Yu­sif və Zü­ley­xa” poe­ma­sı, mü­əl­li­fi bəl­li ol­ma­yan "Das­ta­ni-Əh­məd Hə­ra­mi” məs­nə­vi­si, Su­li Fə­qi­hin "Yu­sif və Zü­ley­xa”, Yu­sif Məd­da­hın "Vər­qa və Gül­şah”, Mus­ta­fa Zə­ri­nin "Yu­sif və Zü­ley­xa”, Üm­mi İsa­nın "Meh­ri və Və­fa” məs­nə­vi­lə­ri, Nə­sir Ba­ku­yi­nin El­xa­ni hökm­da­rı Sul­tan Mə­həm­məd Ul­cay­tu­ya (1304–1316) həsr et­di­yi 11 bənd­lik mü­xəm­mə­si, Əb­dül­qa­dir Ma­ra­ğa­yi­nin (1353–1434) qə­zə­li, Qa­zi Bür­ha­nəd­din və Nə­si­mi­nin di­van­la­rı. Məs­nə­vi­lə­rin adın­dan da gö­rü­rük ki, hə­min dövr­də "Yu­sif və Zü­ley­xa” möv­zu­su­na da­ha çox mü­ra­ci­ət edil­miş­dir. Ümu­miy­yət­lə, türk-oğuz xalq­la­rı­nın ədə­biy­ya­tın­da bu möv­zu­da ya­zı­lan əsər­lər çox­luq təş­kil edir ki, bu­nun da bir ne­çə sə­bə­bi ol­muş­dur. Əv­və­la, Töv­rat, İn­cil və Qu­ran­dan gə­lən bu möv­zu bü­tün dün­ya­da, xris­ti­an və is­lam dün­ya­sın­da ge­niş ya­yıl­mış­dı. Mü­səl­man­lar ara­sın­da di­ni möv­zu­da, Qu­ran­da­kı su­rə əsa­sın­da əx­la­qi-di­dak­tik, nə­si­hə­ta­miz-ib­rə­ta­miz möv­zu­da əsər­lə­rin ya­zı­la­raq ge­niş xalq küt­lə­lə­ri ara­sın­da ya­yıl­ma­sı sa­vab iş he­sab olu­nur­du. Bö­yük Azər­bay­can şai­ri Mə­həm­məd Fü­zu­li fars-ta­cik şai­ri Əb­dür­rəh­man Ca­mi­nin (1414–1493) "Hə­di­si-ər­bə­in” əsə­ri­ni də sa­vab iş ol­sun de­yə ana di­li­nə tər­cü­mə et­miş­di. Ca­mi Pey­ğəm­bər hə­dis­lə­rin­dən qır­xı­nı se­çib fars di­lin­də rü­bai şək­lin­də nəz­mə çək­miş, Fü­zu­li isə bu rü­bai­lə­ri Azər­bay­can türk­cə­si­nə çe­vir­miş­dir. Tər­cü­mə­nin mü­qəd­di­mə­sin­də şa­ir bu rü­bai­lə­ri ümu­mi feyz üçün tərcü­mə et­di­yi­ni gös­tər­miş­dir. Aka­de­mik Hə­mid Aras­lı bu əsər ba­rə­də ya­zır­dı: "Fü­zu­li tər­cü­mə et­di­yi əsə­rin "ümu­mi fey­zi­ni” ora­da­kı tər­bi­yə­vi-əx­la­qi nə­si­hət­lər­də gör­müş­dür. "Hə­di­si-ər­bə­in”də in­san­la­ra rəhm et­mək, baş­qa­sı­na zi­yan ver­mə­mək, pis xa­siy­yət­lər­dən əl çək­mək, sə­hər tez­dən dur­maq, ta­mah­kar­lıq et­mə­mək, xoş xa­siy­yət­li ol­maq, tə­miz­li­yə, ye­ni­li­yə meyl et­mək ki­mi qiy­mət­li nə­si­hət­lər ve­ri­lir, ta­mah, yer­siz gül­mək, xə­ya­nət, hər­zə da­nış­maq ki­mi pis si­fət­lər tən­qid edi­lir” [1, s.270]. Bu­nun ki­mi, mü­qəd­dəs ki­tab­lar­dan gə­lən "Yu­sif və Zü­ley­xa” möv­zu­su da müs­bət in­sa­ni key­fiy­yət­lə­ri al­qış­la­yır, mən­fi cə­hət­lə­ri pis­lə­yir. Araş­dır­ma­lar gös­tə­rir ki, Əli adıçə­ki­lən əsə­ri­ni ya­zar­kən Qu­ra­nın "Yu­sif” su­rə­sin­dən, He­rat şey­xi Ab­dul­lah Ən­sa­ri­nin (1006-1088) "Ənis əl-mü­ri­din və şəms əl-mə­ca­lis”, Əbu Cə­fər Mə­həm­məd ibn Cə­rir ət-Tə­bə­ri­nin (840-922) "Ca­me əl-bə­yan ən tə­vil əl-Qu­ran” əsər­lə­rin­dən, bir sı­ra di­gər mən­bə­lər­dən bəh­rə­lən­miş­dir.
 
 

 Bə­zi araş­dı­rı­cı­la­rın, mə­sə­lən, ta­tar ali­mi N.Ş. Xi­sa­mo­vun əsə­rin mü­əl­li­fi­nin adı­nı "Qul Əli” ki­mi yaz­ma­sı ilə ra­zı­laş­maq ol­mur. Klas­sik ədə­biy­ya­tı­mı­zın bir çox nü­ma­yən­də­lə­ri­nin ad­la­rı­nın əv­və­li­nə qul, fə­qir, aciz ki­mi epi­tet­lər əla­və et­mə­si­nin on­la­rın adı­na heç bir dəx­li yox­dur. Fik­ri­miz­cə, Əli­nin əsə­rin­dən da­nı­şar­kən xalq için­də ya­yıl­mış "Yu­sif və Zü­ley­xa” əh­va­lat­la­rı­nı, möv­zu­nun şi­fa­hi xalq ədə­biy­ya­tın­da möv­cud olan va­ri­ant­la­rı­nı da nə­zə­rə al­maq la­zım­dır. Tə­bii ki, xalq ara­sın­da ya­yıl­mış va­ri­ant­lar­dan da bəh­rə­lə­nən əsər­lə­rin di­li sa­də və an­la­şıq­lı ol­ma­lı idi. Təd­qi­qat­çı Zə­mi­nə Ha­cı­ye­va bu möv­zu­da ya­zı­lan əsər­lə­rin əhə­miy­yə­ti­ni be­lə qiy­mət­lən­di­rir: "Bu möv­zu­da ya­zı­lan iri həcm­li əsər­lər, ümu­miy­yət­lə, is­lam döv­rün­də di­li­miz­də ədə­bi fəa­liy­yə­tin ya­zı­lı nö­vü­nün baş­lan­ğı­cı­nın qo­yul­ma­sı­na, de­mə­li, ya­zı­lı ədə­bi di­li­mi­zin for­ma­laş­ma­sı­na zə­min ya­rat­mış ol­du” [2, s.5]. Klas­sik ki­tab üs­lu­buy­la şi­fa­hi xalq ədə­biy­ya­tı üs­lu­bu­nun qa­rı­şı­ğın­dan ya­ran­mış bu əsər­lər­də can­lı da­nı­şıq di­li ele­ment­lə­ri üs­tün­lük təş­kil edir. Ərəb-fars söz və ifa­də­lə­ri, iza­fət tər­kib­lə­ri bu əsər­lər­də cox da nə­zə­rə çarp­mır. "Yu­sif və Zü­ley­xa” möv­zu­sun­da­kı hu­ma­nizm, in­san qəl­bi­ni hə­yə­ca­na gə­ti­rən ata-oğul, qa­dın-ki­şi mə­həb­bə­ti, sə­da­qət və xə­ya­nət, doğ­ma yurd, və­tən həs­rə­ti mo­tiv­lə­ri o döv­rün oxu­cu­la­rı­na çox ya­xın idi. Bu məs­nə­vi­lər­də na­ğıl­çı­lıq, das­tan­çı­lıq ənə­nə­lə­rin­dən gə­lən rə­va­yət, na­ğı­let­mə tər­zi­nə, Ni­za­mi poe­ma­la­rın­da­kı ki­mi sü­jet için­də sü­je­tin, əh­va­lat için­də əh­va­la­tın təs­vi­ri­nə rast gə­li­rik. "Yu­sif və Zü­ley­xa” əh­va­la­tı­nın bə­zi mə­qam­la­rı Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı­na, "Ki­ta­bi-Də­də Qor­qud” və baş­qa das­tan­la­ra ya­xın­dır. "Ki­ta­bi-Də­də Qor­qud”un "Qam Bö­rə­nin oğ­lu Bam­sı Bey­rək” bo­yun­da Bam­sı Bey­rə­yin xə­ya­nət sə­bə­bin­dən on al­tı il və­tə­nin­dən, sev­gi­li­sin­dən uzaq dü­şüb əsir­lik­də ol­ma­sı, ata­sı­nın ağ­la­maq­dan göz­lə­ri­nin tu­tul­ma­sı, Bey­rək qa­yı­dan­dan son­ra bar­ma­ğı­nın qa­nı­nı ata­sı­nın göz­lə­ri­nə sürt­mə­si və onun göz­lə­ri­nin açıl­ma­sı, bir sı­ra di­gər mə­qam­lar "Qis­se­yi-Yu­sif”i xa­tır­la­dır. Xü­su­si ola­raq qeyd et­mək is­tər­dik ki, Əli­nin "Qis­se­yi-Yu­sif”inin ta­tar xal­qı­nın abi­də­si ol­du­ğu­nu id­dia edən­lər onun Azər­bay­can türk­lə­ri­nin əc­dad­la­rı olan oğuz­la­rın qəh­rə­man­lıq epo­su ilə ya­xın­lı­ğı­nı, di­li­nin əsa­sən oğuz (Azər­bay­can) di­li ol­du­ğu­nu heç cür in­kar edə bil­mir­lər. O fakt bir hə­qi­qət­dir ki, əsə­rin əl­yaz­ma nüx­sə­si ən cox Vol­qa ça­yı bo­yun­da, Ta­ta­rıs­tan­da ta­pıl­mış­dır. Sə­bəb də odur ki, hə­min bu das­tan böl­gə­də uzun müd­dət dərs və­sai­ti ki­mi is­ti­fa­də edil­miş, bu­na gö­rə də çox­lu say­da kö­çü­rül­müş­dür. M.Ho­uts­ma poe­ma­nın di­li­ni əs­ki Ana­do­lu, K.Brok­kel­man isə os­man­lı türk­cə­si­nə aid et­miş­dir. A.Ca­vad əsə­rin di­li­ni Bul­qar ta­tar­la­rı­na aid edir. La­kin, de­di­yi­miz ki­mi, Əli­nin poe­ma­sı­nın di­li­nin və sü­je­ti­nin oğuz türk­lə­ri­nə – azər­bay­can­lı­la­ra aid ol­du­ğu­nu hec cür in­kar et­mək müm­kün de­yil. Əsə­ri oxu­yar­kən bu­nu açıq-aş­kar gör­mək olar. Ta­tar ali­mi N.Ş.Xi­sa­mov əsə­rin di­li­ni ta­tar­la­ra aid et­mə­yə ça­lış­sa da, fakt­lar qar­şı­sın­da aciz qa­la­raq onun oğuz di­li­nin baş­qa türk dil­lə­ri ilə qa­rı­şı­ğın­dan ya­ran­dı­ğı­nı id­dia et­mə­yə məc­bur ol­muş­dur. Fik­rim­cə, pro­fes­sor Fər­had Zey­na­lo­vun 1984-cü il­də "Ədə­biy­yat və in­cə­sə­nət” qə­ze­tin­də çap et­dir­di­yi "Qə­dim poe­zi­ya­mı­zın na­dir in­ci­si” ad­lı mə­qa­lə­sin­də yaz­dıq­la­rı in­ka­re­dil­məz el­mi hə­qi­qət­dir: "Bu əsə­rin fo­ne­tik, lek­sik və qram­ma­tik qu­ru­lu­şu­nun təh­li­li gös­tə­rir ki, abi­də­də­ki fakt­lar qə­dim ta­tar (elə­cə də müa­sir ta­tar) di­li­nin fakt­la­rı ilə uy­ğun gəl­mir. Bu əsə­rin xa­lis əs­ki ta­tar (bul­qar-ta­tar, qə­dim ta­tar) di­lin­də ya­zıl­ma­sı­nı id­dia edən­lə­rin heç bi­ri bi­la­va­si­tə poe­ma­nın di­lin­dən da­nış­mır, da­ha çox onun Vol­qa bo­yun­da ge­niş ya­yıl­ma­sı­nı, bir-bi­ri­nin ey­ni olan nüs­xə­lə­rin bu re­gi­on­da da­ha çox ta­pıl­ma­sı­nı əsas gö­tü­rür­lər” [3].
 Əli­nin "Qis­se­yi-Yu­sif” əsə­ri Ta­ta­rıs­tan­da də­fə­lər­lə çap edil­miş­dir. Ba­kı­da əsər­dən bir par­ça­nı ilk də­fə AMEA Mə­həm­məd Fü­zu­li adı­na Əl­yaz­ma­lar İns­ti­tu­tun­da nəşr edi­lən "Keç­mi­şi­miz­dən gə­lən səs­lər” bül­le­te­ni­nin bi­rin­ci bu­ra­xı­lı­şın­da Zə­mi­nə Ha­cı­ye­va təq­dim et­miş­dir [4, s.4-44]. Poe­ma­nı Azər­bay­can­da ilk də­fə tam hal­da ça­pa ha­zır­la­yan­lar El­məd­din Əli­bəy­za­də və Əbül­fəz Hü­sey­ni ol­muş­lar. On­lar bu nəşr­də abi­də­nin AMEA Mə­həm­məd Fü­zu­li adı­na Əl­yaz­ma­lar İns­ti­tu­tun­da sax­la­nan Ba­kı nüs­xə­si (şif­ri: B-3422) və Sankt-Pe­ter­burq nüs­xə­lə­rin­dən (şif­ri: V-2737, V-4233, V-3325) is­ti­fa­də et­miş­lər. 2005-ci il­də hə­min əsər la­tın əlif­ba­sı ilə "Şərq-Qərb” nəş­riy­ya­tın­da ye­ni­dən çap edil­miş­dir. Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru Ataə­mi Mir­zə­yev "Azər­bay­can epik şei­ri­nin tə­şək­kül döv­rü” ad­lı mo­noq­ra­fi­ya­sın­da əsə­rə ay­rı­ca bir mə­qa­lə həsr et­miş­dir.
 Əli­nin "Qis­se­yi-Yu­sif” poe­ma­sın­da ən çox diq­qə­ti cəlb edən cə­hət­lər­dən bi­ri onun he­ca vəz­nin­də, xalq şei­rin­də, qoş­ma­lar­da ol­du­ğu ki­mi dörd­lük­lər şək­lin­də, on iki he­ca­lı, 4-4-4 böl­gü­sün­də (qa­fi­yə sis­te­mi:aaab) ya­zıl­ma­sı­dır. Hər bən­din ilk üç mis­ra­sı öz ara­la­rın­da qa­fi­yə­lə­nir, so­nun­cu mis­ra­da "im­di” sö­zü bən­də mü­əy­yən bir mən­ti­qi ye­kun vu­rur. Di­gər ilk ana­dil­li iri həcm­li abi­də­lə­ri­mi­zin ha­mı­sı əruz vəz­nin­də, məs­nə­vi şək­lin­də ya­zıl­mış­dir. Əl­bət­tə ki, bir das­ta­na, poe­ma­ya sı­ğan mət­lə­bi məs­nə­vi şək­lin­də ifa­də et­mək da­ha asan və məq­sə­də­uy­ğun­dur. Əli ənə­nə­vi türk şei­ri for­ma­sın­dan is­ti­fa­də et­mək­lə qar­şı­sı­na çə­tin bir və­zi­fə qoy­muş və onun öh­də­sin­dən uğur­la gəl­miş­dir. Şai­rin poe­ma­sın­da is­ti­fa­də et­di­yi şe­ir for­ma­sı, qa­fi­yə sis­te­mi qə­dim Alp Ər Ton­qa das­ta­nı ilə ey­ni­dir. Bö­yük türk ali­mi Mah­mud Kaş­ğa­ri "Di­va­ni lü­ğat-it-türk”də bu abi­də­dən par­ça­lar ver­miş­dir. Alp Ər Ton­qa das­ta­nı iri həcm­li bir əsər ol­muş və qə­dim dövr­lər­də ozan­lar tə­rə­fin­dən ifa edil­miş­dir. Mah­mud Kaş­ğarinin das­tan­dan ver­di­yi şe­ir par­ça­la­rı Alp Ər Ton­qa­nın ölü­mü­nə həsr edil­miş ağı­lar­dır:
 
Alp Ər Tonqa öldümi,
İssiz ajun qaldımı,
Ödlək öcün aldımı,
İmdi yürək yırtılur. [5, s.21-22]
 
 Fərq ora­sın­da­dır ki, bu das­ta­nın şe­ir par­ça­la­rı­nın mis­ra­la­rı 8, Əli­nin poe­ma­sı­nın mis­ra­la­rı isə əsa­sən 12 he­ca­dan iba­rət­dir. La­kin bir ox­şar cə­hət xü­su­si­lə diq­qə­ti cəlb edir. Hər iki əsə­rin bənd­lə­ri­nin son mis­ra­la­rı bu­ra­da de­yi­lən fik­rin mən­ti­qi ye­ku­nu ki­mi səs­lə­nir.
 Əli­nin "Qis­se­yi-Yu­sif” poe­ma­sı, ümu­miy­yət­lə, türk di­lin­də ya­zıl­mış ilk iri həcm­li bə­dii poe­tik əsər­dir, ya­zı­lı ədə­biy­yat nü­mu­nə­si­dir. On­dan əv­vəl XI əsr­də ya­ran­mış Yu­sif Ba­la­sa­qun­lu­nun "Ku­dat­qu bi­liq”, XII əs­rin son­la­rı-XI­II əs­rin əv­vəl­lə­rin­də ya­zıl­mış Əh­məd Yüq­nə­ki­nin "Əti­bə­tül-hə­qa­yiq” əsə­ri, hə­min döv­rün məh­su­lu olan Əh­məd Yə­sə­vi­nin di­va­nı di­dak­tik, tə­səv­vü­fi məz­mun­lu əsər­lər ol­muş­dur.
 
 

 Poe­ma­nın də­qiq ya­zıl­ma ta­ri­xi də mə­lum de­yil. Ta­tar təd­qi­qat­çı­sı C.Al­maz müx­tə­lif əl­yaz­ma­lar­da onun h.609 (m.1212) və h.630-cu il­də (m.1233) ya­zıl­dı­ğı­nın qeyd olun­du­ğu­nu gös­tə­rir.
Bir mə­sə­lə, fi­kri­miz­cə, şüb­hə do­ğur­ma­ma­lı­dır: Əli­nin 5000 mis­ra­ya ya­xın həcm­də olan "Qis­se­yi-Yu­sif” əsə­ri gös­tə­rir ki, o, bö­yük Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi ədə­bi mək­tə­bi­nin ana­dil­li nü­ma­yən­də­si, onun da­vam­çı­sı ol­muş­dur. Xü­su­si­lə Ni­za­mi əsər­lə­rin­də or­ta­ya qo­yu­lan əda­lət­li hökm­dar, in­san şəx­siy­yə­ti­nin sü­ku­nət­də de­yil hə­rə­kət­də, in­ki­şaf­da ol­ma­sı mə­sə­lə­si­nə Əli­nin das­ta­nın­da da rast gə­li­rik. Doğ­ru­dur, sə­nət­kar­lıq ba­xı­mın­dan Əli­ni Ni­za­mi ilə mü­qa­yi­sə edə bil­mə­rik. Ni­za­mi əsə­rləri­nin bə­dii siq­lə­ti­ni heç kim­lə mü­qa­yi­sə et­mək ol­maz. Gör­kəm­li rus ali­mi Y.M.Me­le­tins­ki "Or­ta əsr­lər ro­ma­nı” ad­lı mo­noq­ra­fi­ya­sı­nın "XII əsr Azər­bay­ca­nı­nın fars­dil­li ro­man­tik epo­su” ad­lı ya­rım­fəs­lin­də be­lə bir fi­kir irə­li sü­rür ki, Ni­za­mi "Xəm­sə”si­nə da­xil olan əsər­lər, həm­çi­nin Fir­dov­si­nin "Şah­na­mə”si və bir sı­ra di­gər məs­nə­vi­lər nəzm­lə ya­zıl­mış ro­man­lar­dır [6, s.175-197]. Fik­ri­miz­cə, bu müd­də­ay­la tam mə­na­sı ilə ra­zı­laş­maq ol­maz. Do­ğur­dan da, Ni­za­mi­nin hər bir məs­nə­vi­sin­də ro­man­la­ra sı­ğa­caq mət­ləb­lər var­dır. La­kin bu­nun­la bə­ra­bər, bu da bir fakt­dır ki, onun hər bey­ti Şərq poe­zi­ya­sı­nın, şe­ir sə­nə­ti­nin mi­sil­siz nü­mu­nə­si­dir. Əli­nin poe­ma­sın­da da gö­zəl poe­tik mə­qam­lar ki­fa­yət qə­dər­dir.
 Əli­nin "Qis­se­yi-Yu­sif” poe­ma­sın­da mər­kə­zi su­rət Yu­sif­lə bağ­lı olan bir ne­çə əsas xət­t əsə­rin özə­yi­ni təş­kil edir: Yu­sif və ata­sı Yə­qub, Yu­sif və qar­daş­la­rı, Yu­sif və Zü­ley­xa, Yu­sif və xalq. Yu­sif və xalq xət­ti­ni in­ki­şaf et­di­rən mü­əl­lif Ni­za­mi ənə­nə­lə­ri­ni da­vam et­di­rə­rək əda­lət­li hökm­dar mə­sə­lə­si­ni bir da­ha qal­dı­rır. Ni­za­mi ki­mi Əli­ni də ma­raq­lan­dı­ran hökm­dar­lı­ğa doğ­ru ge­dən qəh­rə­ma­nın keş­mə­keş­lər­dən, çə­tin­lik­lər­dən ke­çə­rək şəx­siy­yət ki­mi ka­mil­ləş­mə­si­dir. Yu­sif qul ki­mi ba­zar­da sa­tıl­dıq­dan son­ra in­san­la­ra, cə­miy­yə­tə gə­rək­li bir şəxs ol­du­ğu or­ta­ya çı­xır, bun­dan son­ra o, hökm­dar­lı­ğa la­yiq gö­rü­lür. Qeyd edək ki, or­ta əsr­lər­də qul­luq­dan hökm­dar­lı­ğa ucal­mış re­al ta­ri­xi şəx­siy­yət­lər ol­muş­dur. Ta­ri­xi mən­bə­lə­rin gös­tər­di­yi­nə gö­rə, Azər­bay­can Ata­bəy­lər döv­lə­ti­nin (m.1136–1225) ba­ni­si, gör­kəm­li döv­lət xa­di­mi, sər­kər­də Şəm­səd­din El­də­niz (?-1175) vax­tı ilə Dər­bənd ba­za­rın­da qul ki­mi sa­tıl­mış­dı. Son­ra­lar ba­ca­rı­ğı, is­te­da­dı sa­yə­sin­də o, Səl­cu­q­lar döv­lə­tin­də "Ata­bə­yi-əzəm” ("Bö­yük Ata­bəy”) ti­tu­lu al­mış, pay­tax­tı Hə­mə­dan olan, Cə­nu­bi Azər­bay­ca­nı və Nax­çı­va­nı əha­tə edən müs­tə­qil döv­lət ya­rat­mış­dı. Onun ha­ki­miy­yə­ti döv­rün­də (m.1136–1175) El­də­niz­lər döv­lə­ti çi­çək­lən­miş, öv­lad­la­rı Mə­həm­məd Ca­han Pəh­lə­van (?-1186) və Qı­zıl Ars­lan (1186–1191) onun baş­la­dı­ğı işi uğur­la da­vam et­dir­miş­lər [7, s.43–45].
 Əli­nin "Qis­se­yi-Yu­sif”ini Ni­za­mi­nin "Xos­rov və Şi­rin” məs­nə­vi­si ilə də mü­qa­yi­sə et­mək olar. Ni­za­mi­nin qəh­rə­ma­nı Xos­rov keş­mə­keş­lər­dən ke­çə­rək, Şi­ri­nə olan mə­həb­bə­ti sa­yə­sin­də əsə­rin so­nun­da şəx­siy­yət ki­mi uca­lır. Əli­nin qəh­rə­ma­nı Yu­sif də mə­şəq­qət­lər­dən, hə­yat im­ta­han­la­rın­dan ke­çə­rək ka­mil­lə­şir, xal­qı ida­rə et­mək sə­viy­yə­si­nə yük­sə­lir. Ni­za­mi­nin "İs­kən­dər­na­mə”sin­də­ki İs­kən­dər ki­mi Əli­nin Yu­si­fi də həm pey­ğəm­bər, həm hökm­dar olur. Ni­za­mi ki­mi Əli də hu­ma­nist­dir, o in­san lə­ya­qə­ti­ni, in­san şəx­siy­yə­ti­nin azad­lı­ğı­nı çox yük­sək də­yər­lən­di­rir, ya­şa­dı­ğı cə­miy­yət­də möv­cud olan ağa-qul mü­na­si­bət­lə­ri­nə bir­ba­şa eti­raz et­mə­sə də qul və­ziy­yə­ti­nə sa­lı­na­raq azad­lı­ğı əlin­dən alın­mış ada­ma ürək­dən acı­yır. XVI əsr­də ya­şa­mış bö­yük Azər­bay­can şai­ri Mə­həm­məd Fü­zu­li­nin qul və­ziy­yə­tin­də olan şəx­sə mü­na­si­bə­ti də ad­la­rı­nı çək­di­yi­miz sə­nət­kar­la­rın mü­na­si­bə­ti ilə səs­lə­şir. Fü­zu­li oxu­cu­ya qul və­ziy­yə­ti­nə dü­şə­nə bir öv­lad mü­na­si­bə­ti bəs­lə­mə­yi məs­lə­hət gö­rür:
 
Ey xacə, gər qulundan oğulluq murad isə, 
Şəfqət gözilə bax ona daim oğul kimi. [8, s.358]
 
 Mə­lum ol­du­ğu ki­mi, Əli­nin "Qis­se­yi-Yu­sif”in­də Yə­qub pey­ğəm­bə­rin oğul­la­rı ki­çik qar­daş Yu­si­fə pa­xıl­lıq et­dik­lə­ri­nə gö­rə onu gəz­mə­yə apar­maq adıy­la uzaq bir yer­də əv­vəl­cə dö­yür, son­ra qu­yu­ya sa­lır, da­ha son­ra qul ki­mi sa­tır­lar. Onu qul ki­mi alan ta­cir Mə­lik ibn Do­ğər yol­da Yu­si­fin qey­ri-adi, ila­hi bir şəxs ol­du­ğu­nu an­la­yır. Kar­van adam­la­rın­dan Qı­lıc ad­lı bi­ri­si onu in­cit­dik­də tu­fan qo­pur, qar, ya­ğış ya­ğır. Qı­lıc da, Mə­lik ibn Do­ğər də on­dan üzr is­tə­dik­dən son­ra ha­va dü­zə­lir. Yu­sif yol­da ba­lıq­lar pad­şa­hı­na, son­ra isə Mə­lik ibn Do­ğə­rə öv­lad bəxş et­mə­si üçün Tan­rı­ya dua edir və dua­sı müs­tə­cəb olur. Öv­lad­la­rı dün­ya­ya gə­lən Mə­lik ibn Do­ğər qul­la­rı­nı azad edir. Bu əh­va­lat "Ki­ta­bi-Də­də Qor­qud”un ikin­ci bo­yun­da­kı ha­di­sə­ni xa­tır­la­dır: Evi yağ­ma­la­nan, ailə üzv­lə­ri əsir edi­lən Sa­lur Qa­zan ailə üzv­lə­ri­ni, əm­la­kı­nı ge­ri al­dıq­dan son­ra qul­la­rı­nı azad edir.
 Qeyd edək ki, Əli də, haq­qın­da da­nış­dı­ğı­mız möv­zu­da əsər yaz­mış di­gər mü­əl­lif­lər də Yu­si­fin əv­vəl­cə qul ol­ma­sı mə­sə­lə­sin­dən bir bə­dii üsul ki­mi is­ti­fa­də et­miş­lər. Mö­min mü­səl­man olan bu mü­əl­lif­lər gös­tər­mək is­tə­miş­lər ki, əs­lin­də ha­mı Al­la­hın qu­lu­dur, in­san­lar bu­nu unut­ma­ma­lı, tə­kəb­bür­lü ol­ma­ma­lı­dır­lar. "Ki­ta­bi-Də­də Qor­qud”un mü­qəd­di­mə­sin­də oxu­yu­ruq: "Tə­kə­bbür­lik ey­lə­yə­ni Tan­rı sev­məz”. Əli­nin əsə­rin­də də qəh­rə­man­la­rın ba­şı­na gə­lən­lər tə­kəb­bür­dən, Tan­rı hök­mü­nü unut­maq­dan qay­naq­la­nır. Əsə­ri oxu­duq­ca mə­lum olur ki, Yə­qu­bun se­vim­li öv­la­dı Yu­sif­dən yet­miş il ay­rı düş­mə­si­nin əsas sə­bəb­ka­rı onun özü ol­muş­dur. Yə­qub kör­pə oğ­lu Yu­si­fə süd ver­mək üçün bir qa­dı­nı sa­tın al­mış, onun sü­dü yal­nız Yu­si­fə çat­sın de­yə qa­dı­nın Bə­şir ad­lı oğ­lu­nu baş­qa­sı­na sat­mış, be­lə­lik­lə, ana ilə öv­la­dı­nı yet­miş il bir-bi­rin­dən ay­rı sal­mış­dı. Hə­min qa­dın bu əh­va­la­tı be­lə nəql edir:
 
Yəqub nəbi bəni satın almış idi,
Yusifinə bəni dayə qılmış idi,
Bəşir adlu kiçi oğlum satmış idi,
Yetmiş yildür həsrətəm, ol deyür imdi. [9, s.165]
 
 Yə­qub­la oğ­lu Yu­si­fin yet­miş il­lik ay­rı­lı­ğı Tan­rı­nın hök­mü ilə o za­man ba­şa ça­tır ki, qa­dın da elə hə­min müd­dət­lik həs­rət­dən son­ra oğ­lu Bə­şi­rə qo­vu­şur. Bə­şir Yə­qub pey­ğəm­bə­rə oğ­lu­nun ya­şa­dı­ğı­nı xə­bər ve­rir ("Bə­şir” sö­zü­nün hər­fi mə­na­sı şad xə­bər gə­ti­rən, muş­tu­luq­çu­dur). Bə­şi­rin ana­sı­na de­di­yi söz­lər­dən də hər şe­yin Tan­rı­nın əm­ri ilə və­də­sin­də baş ver­di­yi­ni öy­rə­ni­rik:
 
Bəşir aydır: Aya anam, ağlamağıl,
Həsrət ilə yürəgini dağlamağıl,
Həq vədəsi xilaf degil, ğəm yeməgil,
Hər kim görsə əcayibə qalur imdi. [9, s.165]
 
 Ümu­miy­yət­lə, Bə­şir əh­va­la­tı ki­mi pa­ra­lel, kö­mək­çi xət­lər­dən is­ti­fa­də edə­rək əsə­rin əsas ide­ya­sı­nın vur­ğu­lan­ma­sı Əli­nin fər­di ya­ra­dı­cı­lıq üs­lu­bu­nun sə­ciy­yə­vi xü­su­siy­yə­ti ki­mi nə­zə­rə çar­pır. Əs­lin­də, fər­di üs­lu­bu­nu ifa­də et­mək üçün şai­rin baş­qa bir yo­lu da yox idi. Çün­ki əsas sü­jet, qeyd et­di­yi­miz ki­mi, Qu­ran­dan, təf­sir­lər­dən gə­lir­di.
 Ta­le­yin hök­mü, qə­za­vü qə­dər əsər­də mü­hüm rol oy­na­yır. La­kin bu­nun­la bə­ra­bər, qəh­rə­man­la­rın, xü­su­si­lə də Yu­si­fin bü­tün keş­mə­keş­lər­dən, im­ta­han­lar­dan ke­çə­rək, səbir, dö­züm, sə­da­qət nü­ma­yiş et­di­rə­rək da­ha da yet­kin­ləş­di­yi­nin şa­hi­di olu­ruq. Zü­ley­xa­nın Yu­si­fə aşiq ola­raq ona mə­həb­bət elan et­mə­si də Zü­ley­xa­dan ası­lı de­yil­di, ta­le­yin işi idi. Əsə­ri diq­qət­lə oxu­yan an­la­yır ki, bu­na gö­rə Zü­ley­xa­nı gü­nah­lan­dır­maq ol­maz. Zü­ley­xa Yu­si­fi yu­xu­da gö­rüb ona aşiq ol­muş­dur. Yu­xu­da bu­ta ve­ril­mə­si, aşiq ol­ma türk-oğuz folk­lo­run­dan, Azər­bay­can das­tan­la­rın­dan gə­lir ki, "Yu­sif və Zü­ley­xa”la­ra bu əla­və­ni ilk də­fə Əli et­miş­dir. Zü­ley­xa üç il ər­zin­də Yu­si­fi üç də­fə yu­xu­da gö­rür. Yu­sif yu­xu­da Zü­ley­xa­ya an­la­dır ki, on­la­rın ta­le­yi­nə bir-bi­ri­nə mən­sub ol­maq ya­zıl­mış­dır:
 
Bəyan bilgil, bən səninəm, sən bənimsən!
Bəndən artıq heç kimsənə bəs bulum sən.
Bən könlümdən öz eşqinə sən salasən,
Bəndən özgə kimsələrə baqman imdi. [9, s.71]
 
 Zü­ley­xa bu ada­mın Mi­sir mə­li­ki Qə­zən­fər ol­du­ğu­nu dü­şü­nüb Məğ­rib hökm­da­rı olan ata­sı Tey­mu­sa əh­va­la­tı da­nı­şır. Ata­sı Mi­sir mə­li­ki ilə əla­qə sax­la­yıb qı­zı­nı ona ərə ve­rir. Mi­si­rə ça­tıb Qə­zən­fə­ri gö­rən Zü­ley­xa ba­şa dü­şür ki, səhv et­miş­dir, bu adam Yu­sif de­yil. Zü­ley­xa Qə­zən­fər­lə bir yas­tı­ğa baş qoy­ma­maq üçün kə­lək iş­lə­dir, öz ye­ri­nə bir Çin qı­zı­nı onun ya­nı­na gön­də­rir. Mü­əl­lif xü­su­si ola­raq qeyd edir ki, Xa­liq Zü­ley­xa­nı Yu­sif üçün sax­la­yır­dı:
 
Xaliq saqlar Qəzənfərdən Züleyxanı,
Yusif üçün saqlar idi Xaliq anı.
Həm dəği ol Qəzənfər anıb bilməz anı,
Hacət isə bir Çin qızı gəlür imdi.
 
Ol Züleyxa heç Qəzənfərə müti olmaz,
Özin saqlar hərğiz ana yaqın gəlməz,
Həm ol Qəzənfər bu əhvalın əslin bilməz,
Çin qızını Züleyxa deb, sevər imdi. [9, s.74-75]
 
 Ta­cir Yu­si­fi Mi­sir ba­za­rın­da sa­tan­da Zü­ley­xa ba­şa dü­şür ki, yu­xu­da ona bu­ta ve­rən bu adam imiş. Yu­sif ba­zar­da sa­tı­lar­kən car­çı­nın alı­cı­lar üçün sa­da­la­dı­ğı onun on müs­bət cə­hə­ti diq­qə­ti cəlb edir. Qeyd edək ki, Əli ilk də­fə ola­raq bu möv­zu­da əsə­rə be­lə bir səh­nə da­xil et­miş­dir. Ən va­ci­bi odur ki, bu xa­siy­yət­na­mə­də Yu­si­fin za­hi­ri gö­zəl­li­yi, fi­zi­ki gü­cü ilə bə­ra­bər yük­sək mə­nə­vi-əx­la­qi key­fiy­yət­lə­ri, zən­gin bi­li­yi ək­si­ni tap­mış­dır. Bu xü­su­siy­yət­lə­ri Ni­za­mi ədə­bi mək­tə­bi­nin da­vam­çı­sı Əli gə­lə­cə­yin hökm­da­rı üçün çox va­cib say­mış­dır:
 
Əvvəl, oldur qəddi yaxşı, zərif üzlü,
Həm ikinci, bənzi yaxtu, görklü yüzlü,
Üçüncisi, fəsih dilli, səhih sözlü
Yetmiş iki dili tamam bilür imdi.
 
Dörtincisi, şəfaətlü, mürüvvətlü,
Beşincisi, alb yürəklü, həm heybətlü,
Altıncısı, qamulardan qatı qutlu!
Qırıq ərdən də həm qüvvəti artuq imdi.
 
Yeddincisi, dini doğru, dəyanətlü,
Səkkizinci, xayin degül, əmanətlü,
Toquzıncı, xülqi lətif, ləfzi datlu,
Onuncusu peyğəmbərlər nəsli imdi. [9, s.76]
 
 Mi­sir Əzi­zi Qə­zən­fər Yu­si­fi ba­ha qiy­mə­tə ala­raq oğul­lı­ğa qə­bul edir, Zü­ley­xa­nın ix­ti­ya­rı­na ve­rir. Zü­ley­xa­nın Yu­si­fə olan mə­həb­bə­ti gün-gün­dən da­ha da ar­tır. Poe­ma­da Zü­ley­xa­nın aşiq­li­yi çox tə­sir­li, emo­sio­nal təs­vir edil­miş­dir Zü­ley­xa qan al­dı­rar­kən da­mar­la­rın­dan axan qan­da "Yu­sif” ya­zı­lır, o, sə­ma­ya ba­xar­kən göy­də­ki ul­duz­lar "Yu­sif” de­yir. Poe­ma­nın bu his­sə­si li­rik poe­zi­ya­mı­zın ən diq­qə­tə­la­yiq nü­mu­nə­lə­rin­dən­dir:
 
Bədəzanı tənindən qan aldur olsa,
Höccam anın tamarına neştər salsa,
Ələlhal qan aqubanı yerə dolsa,
Yer üzərə "Yusif” adı yazlur imdi.
 
Müdam əgər köklər bütə nəzər qılsa,
Kök yüzündə yulduzları görər olsa,
Haman dəmdə Yusif anı bayıq bulsa,
Ol yulduzlar "Yusif” deyü sözlər imdi. [9, s.82]
 
 Zü­ley­xa Yu­si­fi özü­nə aşiq et­mək üçün çox səy­lər edir, müx­tə­lif üsul­lar­dan is­ti­fa­də edir, ay­rı­ca bir möh­tə­şəm sa­ray tik­di­rir. Mü­əl­lif Zü­ley­xa­nın tik­dir­di­yi sa­ra­yın gö­zəl­lik­lə­ri­nə hey­ran olan, la­kin ağa­sı­na xa­in ol­maq is­tə­mə­yən Yu­si­fin düş­dü­yü çə­tin və­ziy­yə­ti re­al ciz­gi­lər­lə qə­lə­mə alır:
 
Yusif aydur: Xudavənda, Xudavənda!
Sənin hökin gəlitürdi bəni bunda,
Bu fitnəyə düşən qula səbir qanda?!
Fəzlin birlə səbri-cəmil vergil imdi. [9, s.88]
 
 Zi­na iş gör­mək­dən onu xi­las edən ata­sı­na hör­mət və mə­həb­bə­ti olur. Tan­rı­nın əm­ri ilə Yu­si­fin göz­lə­ri­nə ata­sı gö­rü­nür və o, qə­ti ola­raq Zü­ley­xa­ya üz tu­tub Əzi­zə xə­ya­nət et­mə­yə­cə­yi­ni bil­di­rir:
 
Yusif aydur: Bəni Əziz satun aldı,
Suyum, xülqüm ol Əzizə lətif gəldi,
Bəgənübən oğulluqğa qəbul qıldı,
Oğul ataya netə xain olur imdi? [9, s.90]
 
 Zü­ley­xa bir çox cəhd­lər­dən son­ra Yu­si­fi zin­da­na sal­dı­rır. Yu­sif il­lər son­ra yu­xuyoz­ma qa­bi­liy­yə­ti­nə gö­rə zin­dan­dan çı­xır, öl­kə­nin hökm­da­rı olur.
 Qeyd et­mək is­tər­dik ki, Əli­nin poe­ma­sın­da Zü­ley­xa xət­ti Yə­qub xət­ti ilə mü­qa­yi­sə­də kö­mək­çi xət­dir. Zü­ley­xa Yu­si­fin də­ya­nə­ti­ni, əqi­də­si­nə sə­da­qə­ti­ni, mə­tin­li­yi­ni, səb­ri­ni gös­tər­mək üçün əsə­rin (bu möv­zu­da ya­zı­lan bü­tün əsər­lə­rin) sü­je­tin­də özü­nə­məx­sus yer tu­tur. Təd­qi­qat­çı N.Ş.Xi­sa­mov haq­lı ola­raq gös­tə­rir ki, əgər Yu­sif əq­lin tə­cəs­sü­mü­dür­sə, Zü­ley­xa his­siy­ya­tın tə­cəs­sü­mü­dür [10, s.143].
Əli­nin əsə­rin­də Yu­sif­lə Yə­qub ara­sın­da­kı mü­na­si­bət­lər mü­hüm rol oy­na­yır və poe­ma­da ata-oğul mü­na­si­bət­lə­ri çox tə­sir­li səh­nə­lər­də təs­vir edil­miş­dir. Qar­daş­la­rı Yu­si­fi min bir əziy­yət­lə öl­dür­mək is­tə­yən­də onun ya­dı­na bi­rin­ci dü­şən ata­sı­nın bu xə­bər­dən çox kə­dər­lə­nə­cə­yi olur:
 
Ey driğa, atam Yəqub qaldı məhrum,
Bundan sonra bəni qaydan görər imdi? [9, s.29]
 
 Qar­daş­lar Yu­si­fin köy­nə­yi­ni ke­çi­nin qa­nı­na bu­laş­dı­ra­raq ata­la­rı­na gös­tə­rir­lər ki, gu­ya onu qurd ye­miş­dir (Bu mo­tiv də "Ki­ta­bi-Də­də Qor­qud”da var­dır. Bam­sı Bey­rə­yi xa­in­cə­si­nə həbs et­di­rən Ya­lan­çı oğ­lu Ya­lın­cıq onun "qan­lı köy­nə­yi”ni gös­tər­mək­lə öl­dü­yü­nü sü­but et­mək is­tə­yir). Qar­daş­lar Yə­qu­bu tam əmin et­mək üçün dağ­lar­dan bir ca­na­var tu­tub onun ya­nı­na gə­ti­rir­lər, "Yu­si­fi bu qurd ye­di” de­yir­lər. Yə­qub­la ca­na­var ara­sın­da tə­sir­li bir gö­rüş, söh­bət olur. Yə­qub qurd­dan so­ru­şur ki, nə üçün Al­lah­dan qorx­ma­yıb mən pey­ğəm­bə­rin öv­la­dı­nı ye­mi­sən? Ca­na­var Tan­rı­nın əm­ri ilə di­lə gə­lib Yu­si­fi heç bir za­man gör­mə­di­yi­ni, ümu­miy­yət­lə, qurd­la­rın pey­ğəm­bər əti ye­mə­dik­lə­ri­ni, qar­daş­lar tə­rə­fin­dən bu­ra­ya zor­la gə­ti­ril­di­yi­ni de­yir. Bun­dan son­ra o, öz dər­di­ni Yə­qu­ba da­nı­şır, qar­da­şı­nı itir­di­yi­ni, bu dərd­dən on yed­di gün­dür ye­mə­di­yi­ni, qar­daş­lar tə­rə­fin­dən zül­mə mə­ruz qal­dı­ğı­nı xə­bər ve­rir:
 
Bən həm özüm ol Misirdən yeni gəldim,
Bir qardaşım vardı, anı yıvaq qıldım,
On yedi gün buldu, tam heç yemədim,
Həsrətindən ağzım təam almaz imdi.
 
Heyran qılıb tağda bəni uş tutdılar,
Kənduları ağzıma həm qan sürtdilər,
Zülm birlə tapuğına gətürdilər,
Bigünaham, siz müəyyən bilin imdi. [9, s.41]
 
 Yə­qub bu söz­lə­ri eşit­dik­dən son­ra öz əl­lə­ri ilə ca­na­va­rı ye­diz­di­rir və bu ba­şı­na gə­lən bə­la­nın Tan­rı tə­rə­fin­dən gön­də­ril­di­yi­ni an­la­yır, səbir et­mək qə­ra­rı­na gə­lir.
Yu­si­fin yet­miş il­lik həs­rət­dən son­ra ata­sı­na ya­şa­dı­ğı­nı bil­dir­mək üçün Bə­şir­lə Kə­nan eli­nə köy­nə­yi­ni və mək­tub gön­də­rər­kən Yə­qu­bun beş gün­lük uzaqlıqda mə­sa­fə­dən köy­nə­yin iyi­ni hiss et­mə­si əsə­rin tə­sir­li səh­nə­lə­rin­dən­dir:
 
Anı duydı Yəqub nəbi şükr qıldı,
Məhzun ikən Yəqub nəbi bəs şad oldı,
Aydır: Bənim Yusifimin iysi gəldi,
Sübh yeli götüridi, deyür imdi. [9, s.164]
 
 Ana­dil­li poe­zi­ya­mı­zın son­ra­kı dövr­lə­rin­də də şa­ir­lər bu əh­va­lat­dan tə­sir­lən­dik­lə­ri­ni əsər­lə­rin­də ifa­də et­miş­lər. XVII əsr­də ya­şa­mış is­te­dad­lı Azər­bay­can şai­ri Qöv­si Təb­ri­zi qə­zəl­lə­rin­dən bi­rin­də de­yir ki, əsl mə­həb­bət Yu­si­fin köy­nə­yi­nin ata­sı­na ça­tan qo­xu­su ki­mi, heç bir mə­sa­fə hü­du­du bil­məz, in­san­la­rın ya­xın­lı­ğı və ya uzaq­lı­ğı on­la­rın mə­həb­bə­ti­nə tə­sir edə bil­məz:
Gəl sən iqbal etsən, ey Yusif, iraqlıqdan, nə qəm,
Öz işin işlər məhəbbət buyi-pirahən kimi. [11, s.396]
 
 Mis­rin hökm­da­rı sə­viy­yə­si­nə yük­sə­lən Yu­sif öl­kə baş­çı­sı üçün zə­ru­ri olan key­fiy­yət­lə­ri, əda­lə­ti ilə xal­qın mə­həb­bə­ti­ni qa­za­nır. Qəh­rə­ma­nı­nı cid­di sı­naq­lar­dan, keş­mə­keş­lər­dən ke­çi­rən mü­əl­li­fin məq­sə­di onu Ni­za­mi Gən­cə­vi məs­nə­vi­lə­rin­də ol­du­ğu ki­mi, nə­zər­də tut­du­ğu ide­al hökm­dar sə­viy­yə­si­nə yük­səlt­mək ol­muş­dur. Təd­qi­qat­çı Ataə­mi Mir­zə­yev haq­lı ola­raq ya­zır: "Keş­mə­keş­li hə­yat yol­la­rın­dan özü­nün ən gö­zəl key­fiy­yət­lə­ri he­sa­bı­na uğur­la çı­xan Yu­sif xal­qı ac­lıq və bə­la­dan qur­ta­ran bir xi­las­kar-hökm­dar mə­qa­mı­na ye­ti­şir” [12, s.28].
Poe­ma­nın bir cə­hə­ti­ni də xü­su­si­lə nə­zə­rə çat­dır­maq is­tər­dik: Bib­li­ya, Qu­ran və təf­sir­lər­dən qay­naq­la­nan bu əsə­rin əsas hə­dəf­lə­rin­dən bi­ri də is­lam di­ni­nin təb­li­ği­dir. Yu­si­fi Mi­sir­də qul ki­mi sat­ma­ğa apa­ran kar­van yo­lüs­tü əha­li­si ka­fər olan Əlus şə­hə­ri­nə gə­lir. Yu­sif onun gö­zəl­li­yi­nə hey­ran olan yer­li əha­li ara­sın­da bir Al­la­hı, is­la­mı təb­liğ edir, ha­mı is­la­mı qə­bul edir. Bun­dan son­ra kar­va­nın keç­di­yi Ni­yan, Qüds şə­hər­lə­rin­də, da­ha son­ra Mi­sir­də də Yu­sif üs­tün­lü­yü­nü an­lat­maq­la in­san­la­rı is­la­ma də­vət edir. O, Zü­ley­xa­nı da büt­pə­rəst­lik­dən im­ti­na et­dik­dən, is­la­mı qə­bul et­dik­dən son­ra qa­dı­nı ki­mi qə­bul edir.
 Yu­sif pey­ğəm­bər haq­qın­da ilk iri həcm­li türk­dil­li əsər olan Əli­nin "Qis­se­yi-Yu­sif” das­ta­nı XI­II əsr Azər­bay­can ədə­biy­ya­tı­nın möh­tə­şəm abi­də­si­dir. Ək­sər təd­qi­qat­çı­la­rın eti­raf et­di­yi ki­mi, əsə­rin di­li və sü­jet xət­ti onun oğuz-Azər­bay­can mən­şə­yin­dən xə­bər ve­rir. Poe­ma­da­kı "Ki­ta­bi-Də­də Qor­qud” və di­gər das­tan­la­rı­mız­la ya­xın­lı­ğı mü­şa­hi­də edi­lən sü­jet­lər nə­zə­ri cəlb edir. Əsər­də­ki tə­sir­li, emo­sio­nal səh­nə­lə­rin mə­ha­rət­lə ve­ril­mə­si, psi­xo­lo­ji mə­qam­lar­da­kı də­qiq­lik mü­əl­li­fin is­te­da­dın­dan xə­bər ve­rir. Yu­sif za­hi­ri gö­zəl­li­yi ilə mə­nə­vi dün­ya­sı hə­ma­həng olan, har­mo­ni­ya təş­kil edən bir şəx­siy­yət, pey­ğəm­bər, hökm­dar ki­mi diq­qə­ti cəlb edir. Şai­rin Yu­si­fin si­ma­sın­da əda­lət­li hökm­dar su­rə­ti­ni ya­rat­ma­sı onu Ni­za­mi ədə­bi mək­tə­bi­nə aid et­mə­yə im­kan ve­rir. Mü­əl­lif əsər­də qoy­du­ğu bir sı­ra fəl­sə­fi-etik mə­sə­lə­lə­ri bu mək­tə­bin nü­ma­yən­də­si ki­mi həll edir. Şa­ir fan­tas­tik mə­qam­lar­la rea­list səh­nə­lə­ri uğur­la uy­ğun­laş­dı­ra bil­miş, mil­li vəz­ni­miz olan he­ca vəz­nin­də, folk­lor­dan gə­lən rə­va­yət, na­ğı­l­et­mə üs­lu­bun­da döv­rü­nün oxu­cu­la­rı­nın ma­raq­la, mə­həb­bət­lə qə­bul edə­cə­yi bir əsər ya­rat­mış­dır.